Arıqlamağın ən rahat və asan yolu: YATIN

Baxış sayı: 1. 712

Arıqlamaq istəyirsinizsə, az yeməkdən başqa edə biləcəyiniz digər şeylər də var. Məsələn, 7-8 saat yatmaq.

Əvvəllər sadəcə çox yeməkdən qaynaqlandığı düşünülən köklük probleminin ortaya çıxmasında hormonların, maddələr mübadiləsinin, yemək vərdişlərinin, stressin də rol oynadığını bilirik. Son araşdırmalarda zamanı isə az yuxunun da bu problemə səbəb olduğu öyrənilib.

Gündə 6 saatdan az yatanlarda ilk mərhələdə hormonlarda dəyişikliklər olur. Melatonin daha az sərf edilir. Böyümə hormon səviyyələri aşağı düşür. Köklüyü əngəlləyən hormon olan leptin səviyyələrində azalma olur. Mədədə ifraz edilən aclıq hormonu ghrelin artaraq yemək istəyini də artırır.

Gündə 6 saatdan az yatanların daha çox enerjiyə ehtiyacı olur.

Əgər kilo probleminiz varsa, arıqlamağa haradan başlayacağınızı bilmirsinizsə, həyat tərzində edəcəyiniz ilk dəyişiklik yuxunuzla bağlı olsun.

Yuxuda arıqlamaq üçün bunlara diqqət edin:

Ən gec 23:30 da yatağa girin, 24-ü keçməyin.

Tamamilə qaranlıq otaqda yatın. Otaqda gurultu, səs olmasın.

Axşam yeməyindən sonra heç nə yeməyin.

Ac yatın.

Bu hal həm də gəncləşmənizə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir