yemis

Arıqlamaq üçün ən zərərli meyvələr

Baxış sayı: 493

Dietoloq Maykl Mosli meyvələrin hmişə arıqlamaq üçün yaxşı olmadığını deyib və onların ən zərərlisini açıqlayıb.

Ekspertin sözlərinə görə, qovun və ananasda çoxlu şəkər var.

“Bir orta ölçülü manqonun tərkibində 45 qram şəkər var. Müqayisə üçün deyək ki, bir fincan üzümdə 23 qram, bir stəkan moruqda 5 qram, bütöv bir avokadoda isə 1,33 qram şəkər var”, – ekspert vurğulayıb.

Arıqlayan zaman dietoloq yüksək şəkər tərkibli meyvələrdən imtina etməyi tövsiyə edir. Onlar alma, giləmeyvə, üzüm, qoz-fındıq və ya tərəvəz ilə əvəz edilə bilər.

Mosli bildirir ki, orta sağlam yetkin bir insan gündə ən azı beş porsiya meyvə və tərəvəz istehlak etməlidir. Onun sözlərinə görə, bu, ürək xəstəliyi, insult və bəzi xərçəng növləri riskini azaldacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir