helikopter

Arvadı ilə dalaşan sərxoş pilot helikopter qaçırdı

Baxış sayı: 1. 674
Rusiyanın Krasnoyarsk diyarında arvadı ilə dalaşan yerli sakin Mi-8T helikopterini qaçırıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional saytında bildirilir.
Faktla bağlı cinayət işi qaldırılıb.
İnsident iyunun 6-da baş verib. Qaydaları Krasnoyarskın özəl aviaşirkətlərindən birinin pilotu pozub. O, sərxoş vəziyyətdə Turuxansk ərazisindəki aerodroma daxil olub.
“Şübhəli şəxs qapının kilidini qıraraq, Mi-8T helikopterinə daxil olub, onu işə salıb və uçub”, – deyə, komitədən bildiriblər.
Kişi helikopteri havaya qaldıraraq, “qarışıq manverlər həyata keçirməyə başlayıb”.
Helikopter Turuxansk kəndi və ətrafında, həmçinin Farkovo kəndi üzərində çox aşağı məsafədən uçuşlar edib. Bir saat sonra pilot helikopteri aeroport ərazisində yerə endirib.
Hadisə nəticəsində zərər çəkən yoxdur. İstintaq vurulmuş ziyanın miqdarını müəyyənləşdirir.