efsane rustemova

“Arzunun 40-ı” – “NATAMAM”

Baxış sayı: 1. 322

-Mən bu gedişlə dəli olacam. Doğurdan deyirəm, mən bu gedişlə dəli olacam. Heç məni sakitləşdirməyə də çalışmayın. (İkimiz də əslində sakitləşmək üçün buraya gəldiyini bilirdik. İkimiz də ONU haqlı çıxarmaq üçün burda olduğunu bilirdik. Amma bu dəfə nəyə əsəbiləşmişdi? Öncə bunu müəyyənləşdirməliyik.)

-Salam, Arzu. Hər vaxtın xeyir. Hər dəfə sənin seans vaxtında çox həyəcanlanıram. Hekayənin hansı tərəfin eşidəcəm deyə səndən çox mən maraqlıyam bu görüşlərə. (Cümləyə başlamağımla gülümsəməyi bir oldu. Artıq mənim istədiyim tərzdə davam edə bilərik görüşə deyə qarşılıq verib, gülümsəyərək başımla başlaması üçün işarə verdim.)

-Bilirsiniz, dr, mən onu başa düşə bilmirəm. Hərdən elə yaxşı adam olur, hərdən isə elə birinə çevrilir ki, az qala boğam onu. Yəni nə problemdi axı online saatını gizlətmək? Yəni buna görə də problem yaradar insan? Sonra da məni dəli çıxarıb göndərir sizin yanınıza.. Sizcə də mən böyüdürəm hər şeyi?!

-(Arzu mənim həyatının hər mərhələsin bildiyim, sonradan yoldaşlıq etdiyim pasientlərimdəndir.) O deyə işarə etdiyin kimdi bu dəfə?

-Ehhh, dr… Ona görə gəlirəm də sənin yanına. Sən mən danışmağa başlamadan başa düşürsən məsələni. Bilirsən, mən çox çalışdım ailə olmaq üçün. Amma bizdə alınmadı. Mən onu boşayıb ortada qoymaq istəmədim. Uşaqlar da natamam ailədə böyüməsin deyə çox çabalayıram. Amma mənim ayrı dünyam var və orda boşluq saxlaya bilmirəm.  Boşluq dediyim, istəmirəm e, gündə bir münasibət olsun. Amma iş elə alınır ki, gələnlər də tez gedir. Bu hələ normadan artıq qaldı, səbrli çıxdı (gülür) amma artıq bu da online-son görülmə, vaxt məsələsin problem edir. Məsələni izah da edə bilmirəm ki, sənlə 2-yə qədər yazışdığımı saat 7-də oyanan yoldaşım görməsin deyə söndürmüşəm vaxtı. O elə bilir ki, o yatandan sonra da kimləsə danışıram. Nə bilim e, belə bir çətin dönəmdə bunun dərdinə bax deyirsən yəqin. Amma mən özümü izah etmədən, dalaşmadan sevilmək istəyirəm.

Nə etməliyəm?! Sən ağıllı insansan, mənə bir yol göstər. Buna bu qədər zaman ayırmışam, istəmirəm itirim.

-(Əxlaq, din, mənəvi dəyərlər kodeksindən yanaşıb onu çıxmaz bir yola sürükləyə bilməzdim. Çünki onsuz da özünüz də fərqində olmadan boğuşduğu şey məhz bu idi. Ona elə şey deməliyəm ki, həm özünü günahkar hiss etməsin, həm də fərqindəliyi artsın situasiyaya qarşı.)

Arzu, bütün insanlar həyatları boyu axtarışda olur. Özlərinə yer tapa bilmir sanki. O doğru yeri tapmaq həyatlarının qayəsinə çevrilir sanki. Bu minvalla da ömür gedir. Bəzi insanlar isə doğru yeri yox, doğru insanı axtarır. Ancaq kimliyini tapmamış insan doğru seçim edə bilərmi?

-Bu mübahisəli məsələdir.

-Ona görə düşdüyün bu qaçaqaçı doğru adlandırmağını və nə istədiyinə qərar verməni rica edirəm. İndi sənə bir şey deyəcəm, amma gülmə, ciddiyə al. Sən sanki “ömrüm gedib, amma mən hələ də xoşbəxt ola bilməmişəm!” qaçaqaçındasan sanki.

-(düşündü bir xeyli. Mən də bunun üçün ona fürsət verdim. Uzun sakitliyin ardından başın tərpətdi bir neçə dəfə..) Düz deyirsən, düz deyirsən.. Mən məsələnin mahiyyətinə varmadan ancaq prosesə fokuslanmışam. İndi sən dedikcə düşünürəm, mənim xoşbəxt olmama səbəbim həyatı axarına buraxmamağım, özümün süni müdaxilələrimdir.

-Bunu 40 yaş böhranı adlandıraq bunu?

-Gələn həftədən bəli.. (Düşüncələrini də təhvil alıb çıxdı otaqdan bir ad günü dəvətini masaya buraxaraq)!

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir