LECO

Asan hazırlanan leço resepti – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 405

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza leço resepti ilə tanış edəcəyik.

 

Tərkibi:

2,5 kq pomidor, 1 kq şirin bolqar bibəri (təmizlənmiş), 1 kq kök, 1 kq soğan, 1 stəkan duru yağ, 1 stəkan şəkər tozu, 1/2 stəkan sirkə 9%-li (alma, üzüm, hər ikisi olar), 2 yemək qaşığı duz, 1 yemək qaşığı dənəli qara istiot

 

Hazırlanma qaydası:

Əvvəlcə pomidorları yuyuruq və çarpaz şəklində azca kəsib, qaynatmaq üçün suya əlavə edirik. Sonra kəsdiyimiz pomidorları bir dəqiqə qaynadıb götürürük. Daha sonra soyuq su olan qaba töküb qabığını soyuruq. Qabığını soyduğumuz pomidorları iki yerə bölüb lay-lay doğrayırıq. Qazana duru yağı töküb, pomidorları əlavə edirik və üzərindən şəkər tozunu tökürük. Bolqar bibərini, soğanı lay-lay doğrayırıq və kökü orta qalınlıqda doğrayıb qazana əlavə edib üzərindən duz və qara istiotu tökürük. Ehmalca qarışdırıb orta dərəcəli ocağa qoyuruq, qaynamağa başladıqda isə ocağı zəiflədirik. Leçonu yarım saat qaynadıb üzüm və ya alma sirkəsini əlavə edirik. Beş dəqiqə də qaynadıb ocaqdan götürürük. Daha sonra bankaları sterilzə edirik və məhsulu içinə yığıb dəsmalın üzərinə tərsinə qoyub üstünü örtürük. Tam soyuduqdan sonra qaranlıq yerə qoyub saxlayırıq.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir