DUYU

Asan və ləziz düyü salatı – RESEPT

Baxış sayı: 1. 900

Hər bayram və özəl günlərinizdə eyni salat hazırlamaqdan bezmisinizsə, bu dəfə fərqli salat reseptini bizdən öyrənə bilərsiniz. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası sizə asan və ləziz düyü salatının hazırlanma qaydasını təqdim edir.

 

Ərzaqlar:

2 kasa düyü

1 kasa yaşıl noxud

2 budaq təzə soğan

½ dəstə cəfəri

8-10 ədəd gavalı turşusu

1 kasa dənələnmiş qarğıdalı

2 st. limon suyu

Zeytun yağı, duz, pul bibər

 

Hazırlanması:

Təzə soğan və cəfərini xırda-xırda, gavalı turşusunu kub-kub doğrayın.

Yaşıl noxud və dənələnmiş qarğıdalını da əlavə edib bütün vəsaitləri qarışdırın. Zövqə  görə limon suyu əlavə edin.

Plovu geniş bir qaba tökün və qarışdırdığınız ərzaqları əlavə edin.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir