gul

Asanlıqla hazırlaya biləcəyiniz otaq ətirləri

Baxış sayı: 1. 789

Otaq ətirləri hər evdə istifadə edilir, hava təmizləyici spreylər, qoxulu dekorativ şamlar demək olar ki, hamının evində var. Evin havasını dəyişmək, gözəl qoxu bəxş etmək üçün alınan belə ətirlərin tərkibində sözsüz ki, tərkibini heç bilmədiyimiz kimyəvi maddələr istifadə olunur. Və belə olduğu halda onlardan istifadə etdikdə özümüz də hiss etmədən zəhərlənirik. Bəs evimizdən gözəl qoxu gəlsin deyə belə ətirləri özümüz hazırlasaq necə, yaxşı olmazmı? Əlbəttə ki, bu həm sağlamlığımıza, həm də, cibimizə faydalı olar. O zaman gəlin birlikdə asanlıqla başa gələn faydalı ev ətirlərimizi birlikdə hazırlayaq.

Limon, bibəriyə və vanil ətri

Lazım olanlar

Limon – 1 ədəd

Bibəriyə – 5-6 budaq

Vanil – 1 ç.q.

Hazırlanması

Bir qaba 1 lt su əlavə edin, limonu dilimləyib qaba atın, sonra bibəriyələri və ən sonda vanili əlavə edib az odda qaz sobasında qaynadın. Hazırladığınız bu təbii ev üsulu otaq ətri 2 gün müddətində evinizə xoş ətir bəxş edəcək.

Təbii çiçək qoxuları

Çiçəklərin xoş ətirlərini gün boyu evinizdə hiss etmək üçün sevdiyiniz qurumuş çiçəkləri asanlıqla təbii ev ətrinə çevirə bilərsiniz. Bunun üçün sizə qoxusunu sevdiyiniz quru çiçəklər, efir yağı orqanik hidrosol, zövqə görə ədviyyat və digər bitkilər lazımdır.

Hazırlanması

Təbii otaq ətri edəcəyiniz çiçəklərin quru olmasına diqqət edin. Sonra bir kasanın içinə çiçəkləri qoyub üzərinə efir yağından bir neçə damcıladın. Hazırlanan bu qarışımın ən az 7 gün bağlı şəkildə qalması lazımdır. Bu müddətdə çiçəklər efir yağını özünə çəkəcək. Bir həftə sonra qabın qapağını açın və kiçik qablara tökün, üzərinə bir damla da yağ əlavə edin, sonra xoşunuza gələn ədviyyat və ya bitkiləri də əlavə edib otağınızın istənilən guşəsinə qoya bilərsiniz. Evinizdən bahar ətri gələcək.

Darçınlı şamlar

Darçın qoxusunu xoşlayanlar üçün əla seçimdir. Bunun üçün sizə silindir formasında aromasız şam, zövqə görə 10-15 ədəd darçın çubuğu, gül budayan qayçı və silikon tapança (yapışqan) lazımdır.

Hazırlanması

Şama darçın çubuqlarını yapışdırmaq lazımdır. Bunun üçün çubuqları şam uzunluğunda kəsin. Sonra çubuqları bir-bir şamın üzərinə yapışdırın. Proses bitdikdən sonra şamı qurumağa qoyun. Hazır olan şam təbii otaq ətriniz olacaq. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir