300

Ata beyin əməliyyatı keçirən oğluna heyrətamiz dəstək verdi

Baxış sayı: 1. 767
Beyin əməliyyatı keçirən oğlunun “özümü canavar kimi hiss edirəm” sözlərindən çox təsirlənən ata ona qəribə şəkildə dəstək verib. Ata oğlunun əməliyyat izi şəklində başına tatuirovka vurdurub. 
 
“Daily Mail”də yayımlanan xəbərə görə, ötən il Qabriel Marshall adlı 8 yaşındakı uşağın beynində bədxassəli şişə rast gəlinib. 
Əməliyyatla şiş bütöv halda götürülməsə də Qabrielin müalicəsi 9 ay öncə yekunlaşdırılıb və uşağın durumunda hər hansı dəyişiklik olmayıb. Qabrielin atası Coş isə düşünürdü ki, oğlunun başındakı əməliyyat izi onun özünə inamına pis təsir edir. Xüsusən də oğlunun özünü canavar kimi hiss etdiyini deməsi 28 yaşlı atasını sarsıtmışdı. Oğlunun özünü normal hiss etməsini təmin etmək istəyən Coş başına məhz bu şəkildə tatuirovka vurdurub və “əgər insanlar gözlərini dirəyib baxacaqlarsa, ikimizə birdən baxsınlar” deyib. Bir təşkilatın “Ən yaxşı keçəl ata” yarışmasına qatılan Coşun fədakarlığı böyük rezonans doğurub.
Coş təkcə bu müsabiqədə qalib olmayıb, eyni zamanda oğlu ilə yarışmada çəkdirdiyi şəkil internetdə yayılıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir