atlar

Atlar niyə insanlara bənzəyir?

Baxış sayı: 1. 437

İnsanlarla atların mimikalarında bənzər cəhətlər varmış. Bu heyvanlar da insanlar kimi emosiyalarını bildirmək üçün sifət əzələlərindən istifadə edirlər. Emosiyalar da bir-birinə çox bənzəyir. Bu barədə “PLoS ONE” jurnalında yeni araşdırmanın müəllifləri yazıblar.

Məqalədə deyilir ki, atlar mimikalardan öz aralarında ünsiyyət vasitəsi kimi istifadə edirlər.

Sasseks Universitetinin alimləri araşdırmanı aparmaq üçün “EquiFACS” adlı xüsusi proqram hazırlayıblar. Proqramın alqoritmlərinin köməyi ilə atların üz ifədələrini araşdırıblar. Məlum olub ki, atların 17 cür mimik ifadələri var. İnsanlarda üz ifadələrininin sayı 27, meymunlarda isə 13-dür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir