makiyaj

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Baxış sayı: 479

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər.

makiyaj

Makiyaj artistlərinin sözlərinə görə, ağır makiyajlar yayda aktuallığını itirir, əvəzində dərinin təbii parıltısını vurğulayan yüngül makiyajlar dəbə minir. Ekspertlər dərinin təbii parıltısını sxlamaq üçün tonal kremlərdən ümumiyyətlə imtina etməyi tövsiyə edirlər. Nə qədər qəribə səslənsə də, parıldamayan dəri uzun müddətdir ki, artıq aktual deyil. Söhbət təkcə parladıcıların istifadəsindən getmir, Hollivud ulduzları demək olar ki, bütün üzdə qəsdən güclü parıltı effekti yaradırlar, sanki üzə yenicə masaj yağı çəkilib. Heyli Bieber və Bella Hadid parlaq makiyajı nəm saç stili ilə tamamlağı sevir. Beləliklə, görüntü daha ahəngdar görünür. Yay üçün bundan ideal makiyaj ola bilməz!

makiyaj 1

Gözəllik mütəxəssisləri parlaq makiyaj trendinə təəccüblənmirlər. Onlar bildirir ki, sağlam dəri “mat” olmamalıdır: o, özündən gələn işıq şüalarını əks etdirərək parlamalıdır. Bu, gənc dərinin əsas əlamətlərindən biridir. Dəri rəngi solğundursa, deməli, səthdəki ölü dəri işığın əks olunmasına mane olur. Həmçinin qırışlar, sallanmalar və digər yaşa bağlı dəyişikliklər də dərinin parlaqlığını azaldır. Amma siz bir çox vasitə ilə parlaqlığı qoruya bilərsiniz. Əlbəttə ki, parlaq təsirin əsas prinsipində ölü dəri hüceyrələrini aşındırmaq və bol nəmləndirmə vasitələri ilə ciddi qulluq dayanır. Bu, üzün yağlı və səliqəsiz deyil, sağlam parıltısına nail olmağa kömək edəcək.

makiyaj 3

Belə bir yay parıltısını yaratmaq üçün günəşdən qoruyucu kremlər əlbəttə ki, birinci sırada gəlir. Həmçinin parlaq effekt əks etdirən praymer, bronzerlər və maye halında olan parladıcılar da parlaq effekti gücləndirməyə kömək edəcək. Əgər üzün problemli nahiyələrindən narahatsınızsa, dərini kirşanlayıb, mat məhsulların üzərinə parlaq məhsullar çəkə bilərsiniz. Ya da əvvəlcədən yağ vəzilərinin fəaliyyətini azaldan bir primer istifadə edin.

makiyaj 5

makiyaj 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir