xatire M

Avropada şagirdlər arasında zorakılıqla necə mübarizə aparılır? – “SİNİF OTAĞI”

Baxış sayı: 577

Dünya çapında müasir cəmiyyətin ən geniş yayılmış problemlərindən biri olan zorakılıq, təhqiredici davranış şagirdlər arasında günbə gün artır.

Avropada bu hadisələrlə bağlı təhsil nazirliyi qanunlar yaradıb və məktəblər bu qanunlara əsasən çalışıb baş vermiş hər hansı oxşar vəziyyəti aradan qaldırmağa çalışmalıdır. Bu proses tədbir proqramı adlandırılaraq  pilləkən sistemi ilə baş verir.

Şagirdlərin bir-biriylə təhhqiredici davranışları məktəbdən sosial mediada da tez-tez rast gəlinir ki, bu da çox zaman məktəbdənkənar zamanlarda olur. Lakin bu cür hallara məktəbin nəzarət etməyi çox çətin olur. Belə hallarda da məktəb onlara kömək etməyə çalışır. Əgər şagirdlər ekran şəklini çəkiblərsə bu məsələni həll etməkdə məktəbə yardımçı vasitə olur.

zorakiliq

Zorakılıqları, təhqirləri azaltmaq, dayandırmaq üçün müxtəlif  tədbirlər görülür. Belə ki, bunu çox zaman sinif rəhbərləri yerinə yetirir. Hər bir sinfin bir və ya iki sinif rəhbəri olur və həftədə bir dəfə siniflərin öz sinif rəhbəri görüşü olur ki, bu görüş vaxtı mütləq şəkildə şagirdlərin dərs cədvəlində belə görünməlidir. Sinif rəhbəri şagirdlərlə dəyərlərlə bağlı tez-tez danışıqlar aparır.

Bununla bağlı filmlərə baxılır və daha sonra film üzərində hər bir şagirdin fikrini soruşur, şagirdlər bir-biriylə müzakirələr edir, və s.

Şagirdlərin sosial inkişafı üçün məktəblərin xüsusi işçiləri olur və belə şəxslər sosial pedaqoq və kuratorlar adlanırlar.

Məktəb direktoru və direktor müavinləri də bütün bu işlərdə yaxından aktiv iştirak edir və baş vermiş hadisələrin gedişatını ardıcıl izləyir və yaranmış vəziyyəti yaxşılaşdırmağa çalışırlar.

Valideynlərlə əməkdaşlıq da bu prosesin ən əsas hissələrindən biridir və bu əməkdaşlıq mütəmadi davam etdirilir.

Bütün bunlar mütləq şəkildə . Təhsil nazirliyinin qanunlarına əsasən sənədləşdirilməlidir. Belə ki, bunun üçün xüsusi hazırlanmış formalar var ki, hər bir kiçik detal orda mütləq səkildə qeyd olunmalıdır.

Aparılan qeydiyyatlar bütün aidiyyəti şəxslərə göndərilir və məslənin kollektiv şəkildə həlli aparılır.

zorakiliq 1

Prosesin hər bir mərhələsinin neticələri qeyd olunur və bu müddətdə sözügedən şagirdlərlə görüşlər təşkil edib, çox sayda söhbətlər aparılır. Belə ki, münaqişədə adıgedən hər bir şagirdlə əvvəl ayrı-ayrı, daha sonra hamısını bir araya yığaraq söhbətlər və müzakirələr edilir.

Gördüyümüz kimi, Avropa məktəblərində müəllim vəzifəsində calışmaq yalnız fənləri tədris etmək deyil, cəmiyyətin hər bir fərdinin şəxsiyyət kimi formalaşmasıda böyük əmək qoymaq deməkdir.

 

Xatirə Mirzəliyeva

Kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir