Xatire Mirzeliyeva

Avropasayağı təhsil

Baxış sayı: 482

Avropada təhsil bizim “uşaq bağçası” adlandırdığımız dövlət müəssisələrindən (förskola) başlayır. Yəni uşağın əqli, fiziki, psixoloji inkişafına erken yaşlardan müxtəlif oyunlar, fəaliyyətler vasitəsilə başlanılır. Uşaqların 5 yaşı tamam olduqdan sonra artıq 6 yaş dövrü məktəbə hazırlıq dönəmi olur. Çox zaman bu tədris ocaqları məktəblərin daxilində olur. Bele ki, uşaqlar bu məktəblərdə 1-ci sinfə başlayıb və davam edirlər. Amma əgər istəməzlərsə, yaşadıqları rayon daxilində başqa məktəblərə də başlaya bilərlər. Belə ki, bunun üçün 3 məktəb seçimi haqları olur, hansı məktəbdə uşağa yer vardırsa seçimi üzre ora daxil olur.

 

1-3 siniflər – aşağı pillə

4-6 siniflər – orta pillə

7-9 siniflər – yuxarı pillə

ders

9- cu sinif şagirdlərin gələcək həyatlarında daha mühüm rol oynayır. Belə ki, 9-cu sinfin axırında alınan yekun qiymətlərə əsasən şagirdlər gedəcəyi gimnaziyanı, gimnaziyanın hansı sahəsini seçməsini müəyyən edib dəqiqləşdirə bilirlər. Hər bir məktəbin “təhsildə yol göstərən” (studievägledare) vezifəsində çalışan bir işçisi olur ki, onun da vəzifəsi hər bir şagirdə ayrı-ayrı görüş təyin edib, ona doğru-düzgün seçim etməsində yardımçı olur. Yəni şagirdlərin bütün həyatına yardımçı məktəb və məktəb işçiləri olur. Valideynlərə isə bütün bu prosesləri kənardan durub izləmək qalır.

Daha sonra gimnaziyaya qəbul olmuş şagirdlər 3 sinif də orda oxumalıdırlar. Gimnaziyaya qəbul ola bilməyənlərçün isə əlavə şanslar verilir, belə ki, şagird kəsildiyi fənləri kurs kimi əlavə oxuyub imtahan verərək qiymət alıb istədiyi gimnaziya üçün bal (poäng) yığmağa çalışa bilər.

Gimnaziyanin axırıncı ili isə artıq getmək istədikləri instituta bal yığırlar. Əgər şagird orda da hansısa fənlərden kəsilərsə, yenidən əlavə kurs götürüb oxumaq haqqına malikdir.

Onu da qeyd edim ki, şagirdlərin bütün məktəb levazimatları, habelə komputerləri dövlət tərəfindən təmin olunur.

Oxumaq üçün şagirdlərə hər şəraitin yaradılması Avropa tədrisinin ən böyük üstünlüyüdür!

 

Xatirə Mirzəliyeva

kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir