MASİN

Avtomobil alarkən ilk olaraq nələrə diqqət etməliyik?

Baxış sayı: 611

Nasaz mühərriklər, çürümüş detallar və calaq banlar… Bunlar Avtomobil bazarında tez-tez qarşılaşa biləcəyimiz fırıldaqlıq üsullarının bir neçəsidir. Məhz buna görə də maşın seçərkən yüz ölçüb-bir biçməliyik. Yoxsa, bazara ayaq basar-basmaz fırıldaqçıların toruna düşə bilərik. Uzun müddətdir, avtomobil ticarəti ilə məşğul olan Ruslan Rəhimli deyir ki, aldadılma bir neçə halda mümkündür. Bəzən ağır qəzadan çıxmış maşını bəzəyib elə təqdim edirlər ki, sanki yenicə istehsal olunub.

Bəzən isə avtomobili alandan bir qədər sonra məlum olur ki, ya banı calaqdır, ya da, detalları dəyişib.

Satıcıların sözlərinə görə, alıcılar daha çox Polşa və Litvadan qəzalı və detalları çüürümüş avtomobillər gətirən fırıldaqçıların toruna düşürlər. Yaponiyadan idxal edilən nəqliyyat vasitələrində isə yürüşün azalıdılmasına rast gəlinir.

Alıcıların isə aldadılmadıqlarına əmin olmaq üçün ya maşın ustalarına üz tuturlar, ya da avtomobil servizlərinə.

Bəzi alıcılar bu cür fırıldaqçılıqla üzləşməmək üçün avtomobili internet üzərindən deyil, məhz maşın bazarından seçməyə üstünlük verirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir