masin

Avtomobil seçimini necə etməli?

Baxış sayı: 1. 907

Növbəti bir neçə il ərzində sizin tələblərinizə cavab verəcək avtomobili necə seçməlisiniz? Bir sıra suallar ətrafında düşünməlisiniz və sonda bir nəticə çıxarmalısınız:

Maşının növü. Maşın növləri həddən artıq çox ola bilər: kupelər, sedanlar, furqonlar, krossoverlər, SUV-lər (ciplər). Hansına ehtiyacınız olduğuna qərar vermək üçün aşağıdakıları nəzərdən keçirin:

  • Kupe/Üstü açıq: Əgər sizin haqqınızda təəssürat yaradan maşın istəyirsinizsə, kupelər və üstü açıq avtomobillər adətən ən ekspressiv dizayna malikdir. Lakin arxa oturacaqların olmaması hətta əgər sizin düşündüyünüz maşında biri varsa) onların praktikliyini ciddi şəkildə məhdudlaşdırır.
  • Sedan: Əgər uşağınız varsa və ya yaxın gələcəkdə övlad sahibi olmağı planlaşdırırsınızsa, dörd qapılı avtomobil sizə daha uyğundur. Hətta əgər uşaqlar kupenin arxa oturacağında rahatlıqla əyləşmək üçün kifayət qədər kiçikdirlərsə, yalnız ikiqapılı maşına sahib olmağı arzulamazdan öncə uşağa əliniz çatması üçün hər dəfə arxa oturacağa dırmaşmaq və ordan çıxmağın çətinliyi haqqında düşünün.
  • Xetçbek (arxa qapıları yuxarı açılan avtomobil): Xetçbek SUV-nin genişliyini müəyyən dərəcədə verə bilir və eyni zamanda SUV qədər yanacaq tələb etmir. Əgər işinizlə bağlı böyük ölçüdə yüklər daşımalı olursunuzsa, xetçbek sizə yardımçı ola biləcək ən uyğun modeldir. İstehsalçılar daha kreativ xetçbeklər istehal etdikcə və həmişəkindən daha dəbli dizayn tərtib etdikcə bazarda bu seqmentə tələbat artır.
  • SUV və ya krossover: Xetçbekin və ya furqonun daha hündür variantı SUV və ya krossoverə adlanır. Bizim yolları və xüsusən də kənd/rayon yollarını nəzərə alsaq bu hündürlük (clearance) sizə çox kömək edə bilər. Amma əgər maşınınızı əsasən şəhər içində sürməyə planlaşdırırsınızsa, o zaman SUV və ya krossoverə demək olar ki ehtiyacınız yoxdur. Əlbəttə ki krossover və yaxud SUV avtomobillərində daha hündürdə yerləşən oturacaq bəzi insanların xoşladığı şeydir, çünki sürücünün görmə imkanlarını artırır. Ancaq yadınızda saxlayın ki, hündürlük həm də ağırlıq əlavə edir və bu da daha yüksək yanacaq sərfiyyatına səbəb olur.

Yeni və yaxud işlənmiş. Tamamilə yeni maşın almağın bir çox faydaları vardır. Siz istədiyiniz rəngi və spesifikasiyanı seçə bilirsiniz. Tam şəkildə əmin ola bilərsiniz ki, yeni maşında ilk illərdə heç bir nasazlıq yaranmayacaqdır və hətta əgər bu baş verərsə, tam zəmanətlə aradan qaldırılacaqdır. Bundan başqa siz maşının ilk istifadəçisi olduğunuzu bilməkdən məmnunluq duyacaqsınız.
Ancaq burda böyük bir çatışmazlıq mövcuddur və bu da maşının qiymətdən düşməsidir. Maşın köhnəldikcə onun dəyəri təbii ki azalır və bu azalmanın böyük bir hissəsi məhz ilk üç il ərzində baş verir. Bəzi modellər üç ildən sonra özlərinin ilkin qiymətinin yarısından da az qiymətlə satılır.

İşlənmiş maşın alsanız bu köhnəlmənin mənfi təsirindən qaça bilərsiz. Bir çox maşın satanlar (alverçilər) işlənmiş maşınlar təklif edirlər, hansılar ki, 1-2 il əvvəl salondan alınmış və cəmi bir neçə min kilometr sürülmüş maşınlardır. Belə maşınların qiyməti optimal olur, çünki onları salon qiymətindən xeyli az qiymətə təklif edirlər, lakin onların texniki vəziyyəti demək olar ki yeni maşınlardan heç fərqlənmir. Bir ildən iki ilə qədər yaşı olan avtomobil aldıqda siz zəmanət baxımından da rahat ola bilərsiniz. Demək olar ki bütün istehsalçılar bu gün ən azı 3 illik zəmanət verir, bu isə o deməkdir ki, siz iki ilin maşınını alarkən hələ də zəmanət talonundan istifadə edə biləcəksiniz.

Maşının ölçüsü. Biz məsləhət görürük ki, kiçik ölçülü maşınlardan başlayın. Gəlin birincisi geniş yayılmış bir mifi sındıraq: Böyük maşınlar kiçiklərə nisbətən daha təhlükəsizdir. Bu elə deyil. Adətən yüngül maşınlar daha çevik olur və qəzadan daha asanlıqla qaçınmağa imkan verir.

Kiçik avtomobillər bir qayda olaraq daha ucuz olur və daha az yanacaq tələb edir. Bundan başqa kiçik avtomobillərin salonları heç də kiçik də olmur. Yeni texnoloji üsullar sayəsində kiçik avtomobillər getdikcə daha geniş salona sahib olurlar. Əgər sizin geniş salona ehtiyacınız varsa, o zaman heç də böyük ölçülü avtomobil almağınıza gərək yoxdur.

Mühərrik. Mühərrik həcmi nə qədər yüksək olursa, bir o qədər avtomobilin sürəti yüksək olur və sürətlənmə vaxtı az olur. Eyni zamanda yüksək həcmli mühərriklər daha çox yanacaq tələb edir. Əgər siz əksər vaxtlar şəhər içində maşın sürürsüzsə, o zaman 1.2 – 2.0 litrlik kiçik həcmli mühərrik sizə daha uyğundur. Amma əgər tez-tez şəhərlər arası yollara çıxırsızsa, o zaman 2.0-2.5 litrlik mühərrikləri nəzərdən keçirin, çünki bu mühərriklər trass yolunda digər maşınları asanlıqla ötməyə kömək edir. Yüksək həcmli mühərriklər həm alış zamanı həm də təmir olunduqda daha baha başa gəlirlər.

Təkrar satış dəyəri. Hal-hazırda hər-hansı bir maşın almaq sizin beyninizi daha çox düşündürür, buna görə də sonralar onu satmaq çox güman ki birinci dərəcəli prioritet deyil. Bununla belə, maşının yenidən satış dəyəri haqqında düşünmək lazımdır, çünki çətin ki siz bu maşını əbədi olaraq özünüzdə saxlayasınız. İndi seçəcəyiniz xüsusiyyətlər siz maşını satanda onun əvəzində nə qədər alacağınıza təsir göstərə bilər.

Yanacaq səmərəliliyi və saxlanma xərcləri. Avtomobilin bir litr benzinə neçə kilometr məsafə qət etməsi hazırda hər kəsin prioritetlər siyahısında ən yuxarıda dayanan suallardan biridir. Ancaq yanacaq qənaətində kçik fərqlərə görə baş sındırmağa dəyməz. Belə ki, əgər iki avtomobil arasında səmərəlilik fərqinin mühüm olmadığı təqdirdə bu barədə çox da narahat olmayın. Həmçinin, cari xərclərin əhəmiyyətli hissəsi saxlanma xərcləri və ehtiyat hissələrin dəyişdirilməsinin qiyməti ola bilər. Bu, müxtəlif brendlər üzrə fərqli ola bilər.

Təhlükəsizlik reytinqi. Avtomobilin qiymətindən asılı olmayaraq, təhlükəsizlik əsas məsələdir. Böyük, daha ağır avtomobillərin adətən daha çox zədəyə davamlı olduğu halda, texnologiya elə bir uzun dövr qət etmişdir ki, hətta bu gün ən kiçik avtomobilləri də əvvəlkindən daha təhlükəsiz olurlar. Hazırda sadə passiv məhdudlaşdırılmasından tutmuş ön və yandakı təhlükəsizlik yastıqlarına və toqquşmadan qaçınmaq üçün yüksək texnologiyalı xəbərdarlıq sistemlərinə qədər hər bir şey təhlükəsizlik tarazlığına təsir edən faktorlardandır. Beləliklə də, avtomobilin təhlükəsizlik sınaqlarında nə dərəcədə yaxşı performans göstərməsini bilmək vacibdir.

Zəmanət. Zəmanətlər alıcıya rahatlıq bəxş edir. Ümumilikdə, belə zəmanətlər materialda və yaxud zavodda hazırlanma zamanı olan nasazlıqları və normal istifadə və saxlanma şərtlərində əhatə edirlər. Avtomobil istehsalçıları 3 ildən 5 ilə qədər müddətdə zəmanət və  yaxud 100,000 kilometr məsafəyə qədər zəmanət təklif edirlər. Özünüz də təsəvvür edə biləcəyiniz kimi, heç də bütün zəmanətlər bərabər şəkildə deyil. Daha çox üstünlük verilən zəmanət güc ötürücüsü üçündür. Lakin avtomobil istehsalçıları audio sistemləri, fasadın rənglənməsi, kondisioner, akkumulyator və sair kimi elementləri də əhatə edən yeni avtomobil zəmanətləri, eləc də aşınma və korroziyaya üzrə anti-perforasiya zəmanətləri verirlər. Hər ikisini təklif edən avtomobillər ideal seçimdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir