masin

Avtomobil şüşələrindəki bu qara nöqtələrin nə üçün olduğunu bilirsiniz?

Baxış sayı: 1. 336

Nəqliyyat vasitələrinin pəncərələrindəki qara nöqtələri hər kəs görüb. Bəs pəncərələrdəki bu qara ləkələr nə üçün lazımdır?

“Gencaile.az” “Publika.az”-a istinadən müasir nəqliyyat vasitələrinin şüşələrindəki qara nöqtələr haqda yazını təqdim edir:

Məlum olub ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünən bu hissə əslində çox gərəkli funkisiyaları yerinə yetirir.

Bu qara ləkələrin elmi adı frittdir. Onların üzərindəki rəng qatı isə keramikadır. Bu keramik nöqtələr şüşələrin künclərinə yapışdırılıb, istilik kameralarında qızdırılır.

Keramik boyanın başlıca məqsədi, şüşənin yapışdırıldığı mastikləri ultrabənövşəyi şüalardan qorumaqdır. Günəş şüaları kleyin tərkibindəki poliuretana mənfi təsir göstərib, tərkibini dəyişə bilir. Odur ki, şüşələrin kənarlarındakı qeyri-şəffaf qara zolaq bu arzuolunmaz halın qarşısını alır.

Bundan əlavə keramik boyanın daha bərk yapışmaq kimi önəmli özəlliyi var. Bu üsulla mastiklər şüşəyə daha tez yapışır. Bu isə daha təhlükəsiz nəqliyyat hərəkəti deməkdir.

Frittlərin əsas xüsusiyyətlərindən biri də, dekorativ funksiyalarıdır. Bu qara zolağın sayəsində göz mastikdən şəffaf şüşəyə keçid prosesində yorulmur.

Frittlər nəinki avtomobillərin şüşələrində, eləcə də, güzgülərdə istifadə olunur. Bu isə, sürücünün gözünü günəşin şüalarından qorumağa kömək edir.

Fritin daha bir üstünlüyü də odur ki, bahalı şüşəni saxtadan seçməyə kömək edir. Çünki saxta məhsulların üzərindəki nöqtələr səliqəsiz və keyfiyyətsiz olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir