masin

Avtomobilin yaranma tarixi haqqında bilmədiklərimiz

Baxış sayı: 2. 197

Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir.
Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.
İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cuildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı.
avtomobilin ixtira olunma tarixiAvtomobillər artıq dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilirdi.
1886-cı ildə alman mühəndisi Daymlerin böyük zəhməti bahasına ilk daxiliyanma mühərrikli avtomobil içad ediləndən sonra, bu işdə böyük perespektivlər görən alman milyoneri Eminel qızı Mersedesin şərəfinə yeni “özü yeriyən” sifariş verdi. İlk «Mersedes»-in sürəti 13 km/s-dan artıt deyildi. Az sonra həmin firmanın dahilərindən biri olan Benssin sayəsində (1909) həmin sürət 102 km/s-a çatdı.
Getdikcə aristokratlıq rəmzinə çevrilən “özü yeriyənlərə” 1887-ci ildə türk sultanı Əbdül Həmidin sifarişi ilə akkumulyator, 1895-ci ildə Mişel qardaşları tərəfindən hava doldurulmuş rezin təkər və 1923-cü ildə hidravlik tormoz sistemi tətbiq edildi.
avtomobilin ixtirasıBu gün ABŞ-da və Avropanın 55 dövlətində 492 mln. avtomobil istehsal olunur və onların dünyada ümumi sayı 1 milyardı keçir.
Belə möhtəşəm “özü yeriyənlər” ordusunun müsbət keyfiyyətləri ilə yanaşı mənfi xüsusiyyətləri də az deyildir.
Ətraf mühitin çirklənməsi, nahamar yollarda nizamsız hərəkət edən avtomobillər insan həyatı üçün böyüktəhlükə törədir. Avtomobillər məişət həyatımıza daxil olandan sonra yüksək səviyyəli nəqliyyat yollarının çəkilməsi bizim əsas sosial qayğılarımızdan birinə çevrilmişdir.
Ancaq onu da qeyd edək ki, insanlar rahat yol haqqında hələ qədim zamanlardan düşünməyə başlamışlar. Məsələn, hələ eramızdan 312 il əvvəl Roma imperiyasında düz, səliqəli yollar salınmağa başlanılmış və həmin yollardan bir hissəsinin Sezar Api Klavdi adlandırılması da bizə məlumdur.
Əsrlər keçdikcə yollara daha çox diqqət yetirilir, onların çəkilməsi adi iş sayılırdı. Amma peşəkarcasına həyata keçirilməyən bu iş həmişə müsbət nəticə vermirdi. Ona görə də XVII əsrdə Fransa kralı IV Henrix yolların və körpülərin tikintisi üçün ilk inşaat mühəndisləri korpusunu təşkil etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir