MASİN

Avtomobillər haqda bilmədikləriniz – MARAQLI

Baxış sayı: 1. 779

Bir düşünək, bu gün avtomobillər olmadan yaşaya bilərikmi? Əlbəttə ki, yox! Çünki onlar həyatımızın tərkib hissəsinə çevriliblər. Müasir insanın bir növ köməkçisinə çevrilmiş avtomobillərin də maraqlı tarixi və inkişaf mərhələsi olub.

Bu “köməkçi” haqqında bilməyimiz lazım olan bəzi maraqlı faktlar da var:
İlk avtomobillərdə dairəvi sükan olmayıb – sürücülər avtomobili rıçaqın köməyi ilə idarə edib.* Təhlükəsizlik yastığının sürəti bir saniyədə 5000 km/saata çatır. Təhlükəsizlik yastıqları elə hazırlanıb ki, toqquşmadan sonra 40 millisaniyə ərzində açılırlar.

Ferrari bir gündə 14 avtomobil istehsal edir. Beləliklə, hər gün 14 Ferrari superkarı işıq üzü görür!

Tata Nano dünyada ən ucuz avtomobildir. 2500 ABŞ dollarına.

Avtomobildə şüşətəmizləyənlər ilk dəfə qadın tərəfindən tətbiq edilib.

Nikolas Kaqnot buxar mühərriki quraşdırılmış ilk avtomobili düzəltdikdən iki il sonra buxarla işləyən başqa bir nəqliyyat vasitəsi də ixtira etdi. Bir dəfə onun hazırladığı nəqliyyat vasitəsi divara dəydi. Bu, tarixdə ilk avtomobil qəzası idi.

Amerika avtomobillərinin çoxu “Fa” notunda səs siqnal verirlər.

“Formula-1″yarışlarındakı Ferrari komandasının unikal xüsusiyyəti ondadır ki, bu komanda öz avtomobilləri üçün şassi və mühərrikləri özü hazırlayır.

Cəmi 107 Ford GT40 modeli hazırlanıb, onlardan yalnız yeddisi adi yollarda hərəkət edən avtomobillərdir.

Bu gün dünyada ən böyük avtomobil Liebherr T 282B alman yük avtomobilidir. Onun çəkisi 222 tondur. Kabinəyə daxil olmaq üçün sürücü 16 pilləni qalxmalı olur.

Rolls-Roys avtomobilini bamperindəki heykəlciyin dəyəri 5000 dollardır. Bu avtomobillərin çoxu sifarişlə hazırlanır. Deyilənlərə görə, adambaşına sayca ən çox Rolls-Roys düşən ölkə Honkonqdur. Hətta bu iddia doğru olmasa belə, əfsanəvi Honkonq oteli “Peninsula”nın avtoparkında 15 Rolls-Roys avtomobili var. Onlardan biri 1934-cü ildə buraxılmış Fantom-dur. Bu avtomobil bir çox kino ulduzlarını, o cümlədən bir neçə dəfə Ceyms Bondu daşıyıb.

Statistikaya əsasən, milyonçuların 80%-i işlənmiş avtomobil alır.

“Pobeda”avtomobilini əvvəlcə “Rodina” (tərcüməsi “vətən” deməkdir) adlandırmaq planlaşdırılmışdı. Bundan xəbər tutduqda Stalin kinayə ilə soruşub: “Vətəni neçəyə satacaqsınız?” Bundan sonra avtomobilin adı dərhal dəyişdirildi.

Tıxaclar ilk dəfə Romada yaranıb. Buna görə də məhz italyanlar küçə tıxaclarının “yaradıcıları” hesab olunurlar. Yeri gəlmişkən, indi Romada şəxsi avtomobillə şəhərin mərkəzinə daxil olmaq qadağandır. Bu qayda yalnız şəhərin mərkəzi hissəsində yaşayanlara tətbiq edilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir