Close up hands of unrecognizable mechanic doing car service and maintenance.

Avtoservislərdə sizi necə aldadırlar? – ƏN SADƏ ÜSULLAR

Baxış sayı: 1. 477

Hər bir avtomobil sahibi avtomobilinə qulluq üçün mütləq avtoservis seçməlidir. Bu avtoservislər rəsmi və ya qeyri-rəsmi ola bilər. Ən yaxşı servislər konkret olaraq bir marka üzrə ixtrisaslaşırlar. Və ya yalnız sürət qutusu ilə məşğul olan servislər də var. Onlar sizin üçün mühərik yağı dəyişməyəcəklər. Elə servis var ki, onlar yalnız alman avtomobilləri ilə məşğul olurlar. Birinci ehtiyyat edəcəyimiz servis “hərşeyşünaslar” servisidir. Bütün markalara və bütün xidmətləri göstərən servislərdə ehtiyyatlı olmaq lazımdır.

Bu və ya digər servis haqqında şərhləri internetdən tapıb oxuyun. Bir servisə baş çəkin, usta ilə söhbət edin. Öncə avtomobili çox sadə məsələlərə görə onlara təqdim edin. Məsələn: əyləc qəliblərinin dəyişməsi. Baxın, usta necə çalışır. Detallarla necə davranır və ümumiyyətlə bilik səviyyəsi nə yerdədir.

 

Servislərdə ən geniş yayılmış dələduzluq misalları:

  • “Ustalar” avtomobilinizə lazım olmayan xidmətlər təklif edir. Mürəkkəb diaqnostikalar “düşünərək” sizi qorxutmağa çalışır. Halbuki, bu cür diaqnostikaları araşdırsanız sizə lazım  və ya ümumiyyətlə mövcud deyil.
  • Saxta məhsulu orijinal qiymətinə satır. Bu zaman qoyulmuş ehtiyyat hissəsi ilə özünüz tanış olun. Seriya nömrəsini internetdə yoxlayın. Orijinal məhsulu saxtadan ayırmağı öyrənin. Bəli, əslində saxta məhsul ölkəyə daxil olmalı deyil. Mövcud qanunvericilik bunu qadağan edir. Lakin piştaxtalarda bunlara rast gəlinir. Ona görə mütləq ehtiyyat hissəsi seçimində diqqətli olun.

 

Söhbəti nədən başlamalı:

Hər bir servisin qiymət cədvəli olmalıdır. Qiymət cədvəlini tələb edin və xidmətlərin qiymətləri ilə tanış olun. Hər bir işin görülmə saatına diqqət edin.

Sizə xərcləriniz ilə bağlı rəsmi sənəd verməlidirlər və siz onunla tanış olduqdan sonra imza atmalısınız. Və bu sənədə əsasən avtoservis görülən işlər üzrə zəmanət verməyə borcludur. Və bu sənəd şirkətin rəsmi blankında olmalıdır. Adi A4 vərəqdə olsa, onlara etibar etməyin  və ya verilən sözə inanmayın.

İşləri razaılaşdıqdan sonra görülmüş işi yoxlayın. Nasazlıq aradan qalxdımı. Qalxmayıbsa utanmadan düzəlməsini tələb edin. “Bu cür səs eləməlidir” sözlərinə qulaq verməyin.

 

Yenicə avtomobilə sahib olanlara vacib məsləhət

Avtomobilinizi yaxından tanıyın. Hansı mühərrik sistemi, hanslı transmissiyaya malikdir onu bilin.

Servislərdə bir-neçə test sualları var ki, onu sürücüyə verməklə ən yuxarı qiymətli servis xidmətini təqdbiq edirlər. Əgər avtomobilinizə bələd deyilsinizsə, sizə əlavə xidmətlər “yüklənəcək”. Avtomobilıini tanıyana isə ehtiyyatla yanaşırlar.

Sürücünün aldadılacağına işarə verən əsas məqam: müştərinin razılığı olmadan avtomobili sökürlər və baxış keçirirlər. Normal servis müştərinin razılığı olmadan bir bolt belə avtomobildən açmayacaq.

Əgər bunu etdilərsə, deməli dələduzluğa start verildi. Dərhal polisə məlumat verib bunu protokollaşdırın. Çünki yuxarıda dediyim kimi, sizə görüləcək işlərlə bağlı sənəd verilməlidir. Siz həmin sədənlə tanış olduqdan və imzaladıqdan sonra işə start verilir. Sənəddə olmayan işi görmək olmaz. Yaxşı servisdə görülmüş işlər, quraşdırılmış ehtiyyat hissələri və zəmanəti haqqında yazılı məlumat verilir.

Sənəd yoxdur? Sizi aldadırlar vəssəlam “soyulma” əməliyyatının sonunu gözləyin. Pul daha çox çıxacaqsa, dərhal polisə məlumat verin. Məqaləni bir daha oxuyub necə etməmək lazımdır onu əzbərləyin.

Sizinlə razılaşdırılmayan bir işə görə ödəniş etməyə bilərsiniz. Amma buna hazır olun ki, ödəniş etmədiyiniz detalı sökəndə başqa ziyan vurma “missiyası” da ola bilər.

Servis və usta seçimində diqqətli oldun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir