female chopping food ingredients

Axşam 6-dan sonra nə yeməliyik? – 10 dietik ərzaq

Baxış sayı: 221

Adətən, pəhrizdə olarkən qarşımıza məqsəd qoyuruq ki, axşam 6-dan sonra heç nə yeməmiliyik. Amma bu, tamamilə yanlış fikirdir. Çünki axşam 6-dan sonra pəhrizdə olsanız belə qidalana bilərsiniz. Bəli, bəli, düz oxudunuz. Məhz bu yazımızda axşam 6-dan sonra rahatlıqla yeyə biləcəyiniz 10 ərzaqdan və faydalarından yazırıq.

 

Göbələk – minimum kalorili və çoxlu mikroelementlərlə zəngindir. Göbələyin ağır qida olduğu haqqındakı mifləri unudun. O yağları tez yandırır. Buna görə də, mükəmməl pəhriz məhsuludur. Əsas odur ki, onu kartofla qızartmayın.

Tərəvəz kürüsü – badımcan, kabaq, göbələk və digər tərəvəzlərin kürüsü yaxşı doyurucu olmaqla yanaşı, həm də, sağlam və ləzzətli qarnitürlərdir.

Qarğıdalı – xolesterolu balanslaşdıran maddələrlə zəngindir. O həmçinin artıq yağları da, yandıran xüsusiyyətə malikdir.

Ərik – çox dadlı desertdir. 100 qramında 42 kalori var. Ona görə də, əgər axşamlar ərik yemək istəsəniz rahatlıqla yeyə bilərsiniz.

Moruq – dərinin rənginə və elastikliyinə yaxşı tərəfdən təsir edən maddələrlə zəngindir. Həzm üçün yaxşıdır. Çəkinmədən axşam 6-dan sonra moruq yemək olar.

Boranı – T vitaminilə zəngin olduğu üçün çox yüngül və faydalı qidadır. Ağır yeməkləri həzm etməyə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır.

Kələm – buxarda hazırlanmış, qaynadılmış, çiy və ya salatlarla yeyilə bilən, doyurucu və az kalorili tərəvəzdir.

Kivi – lipid maddələr mübadiləsini yaxşılaşdırır, yağları yandırır və mədədə ağırlıq hissini aradan qaldırır. Eyni zamanda da, mədədə turşuluğu yox edir.

Çuğundur – qan təzyiqini azaldır, yağ mübadiləsini yaxşılaşdırır, piylənmənin qarşısını alır (xüsusilə də, qaraciyərdə). Bişmiş, qaynadılmış, çiy və ya salatlarla yeyə bilərsiniz.

Armud – insanı həm doydurur, həm də tez həzm olur. Alma kimi, az kalorilidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir