psixoloq efsane rustemova

Axtarış – “NATAMAM”

Baxış sayı: 1. 603

Sənə yalan demək üçün gəlməmişəm bura, doktor. Sənin yanında çılpaqlaşmaq, özüm olmaq istəyirəm. Mən güclü olmaqdan yox, amma güclü görünməkdən yoruldum. Mən insanların kinayə edə biləcəkləri şeyləri öngörüb onun qarşısın alacaq davranışlar eləməkdən yoruldum. Hə, indi deyəcəksiniz ki, nə məcbursan belə davranmağa?!

Məcburam! Məcburiyyətimin açarı cəmiyyətin məni baltalaya biləcəyi keçmişimdi. Bilirəmm, ağlınızda sual işarələri ilə dinləyirsiniz məni. Amma önyarğısız olmanız məni rahatlandırır.

Bir az da başdan danışım istəyirsiniz sizə aydın olsun deyə. Mən məktəbin 9cu sinifində vizual olaraq dəyişib iriləşməyə başladım, digər yoldaşlarımdan fərqli idim, böyük qızlar kimi görünürdüm. Bu dəyişim sadəcə vizualla da qalmadı. Daha sonra başqa arzularla boğuşmağa başladım.  Əvvəl adını qoya bilməsəm də, sonradan anladım ki, mənim cinsəl arzularım digər yaşıdlarıma nəzərən çoxdur. Hardasa 1-ci kursdan özüm-özümü qane etməyin yolların öyrəndim. İki il beləcə keçdi. Sonra da biriylə tanış oldum və beləcə başladı cinsi münasibət arzumu cilovlaya bilməmə istəyim.. Düzü, ilk dəfədən heç tərəddüt etmədim ona yaxınlıq verməyə. Qorxmadım. Ağrımadım da. Sonrası da özü gəldi.  O oğlanla yaxşı davam edirdi hər şey, amma… Amması var idi, amma izah edə bilmirdim nədir. Sanki doğru adamın yanında deyilmişəm kimi hiss edirdim.. Doğru bədən deyil mənə toxunan. Doğru qoxu deyil təslim olduğum. Beləcə, o qoxunun sorağına düşüb şəxsləri əvəzləməyə başladım başqaları ilə. Və səmimi deyim, özümü kirlənmiş və günahkar hiss etmirdim. Çünki özüm nə etdiyimi, nə axtardığımı bilirdim, insanlar anlamasa da. Bəzən rəfiqələrim deyir ki, çox çətindi birinin qoxusundan başqasına keçmək. Ancaq mən eyni şeyi hiss etmirəm. Bir az araşdırdım səbəbini. Mənim bədənim hələ doğru adamla rastlaşmayıb deyə düşünürəm ki, hər yaşadığəm münasibət sadəcə “prob qoymaqdır”. Bədənin ona qarşı reaksiyasın ölçmək üçün. Ona görə mən özümü yorğun, yıpranmış hiss etmirəm. Çünki hələ O münasibəti yaşamamaışam. Bəlkə də siz də məni məzəmmət edirsiniz indi, yaşadıqlarıma nə gözəl don geyindirdiyimi düşünürsünüz. Ancaq mən sizinlə səmimi, gerçək hissiyyatımı paylaşdım. Mən o duyğunu axtarıram, dr. O duyğunu tapana qədər ayaqda və güclü qalmalıyam. Çünki bilirsiniz, bizim cəmiyyətdə birdən daha çox münasibət yaşamış qadınlar hamısı “Əxlaqsız!” kateqoriyasındadır. Niyyətləri ayırd edilmədən.

(O danışdıqca 26 yaşlı bir qızın həyatda özünü tapmamasını görürdüm, baxmayaraq ki, yaxşı yerdə və yaxşı vəzifədədir. Elə cəmiyyət qayğısı da sosial statusuna görədir. Hamıya örnək təşkil edən qadının daxili çaxnaşması. Həyat bu qədər təzadlıdır. İndi mən həm onu bu yorucu yoldan döndərməli, həm də yanlış davranmadığını hiss etdirməli idim. Ailəsinin ilk başdan fərqinə varıb, tibbi və psixoloji dəstək göstərməsi gərəkən yolu tək başına yeriyən bu qıza yardım da etmək lazım idi ən təcili şəkildə.)

Öncəliklə, özünü o qədər gözəl ifadə edirsən ki. Duyğuları izah etmək çətindir, sən isə bunu çox yaxşı bacardın. Mən tam olaraq anladım sənin nə demək istədiyini. Məncə, ən çətin şey  nə istədiyimizi aydınlaşdırmaqdır. Bunu edə bildikdən sonra tapmaq daha asanlaşır yolu da, bu yolda özümüzü də. “O Qoxu” deyə adlamdırdığın ifadə doğmalıq qoxusudur deyə düşünürəm, aidlik qoxusudur. Mənsubiyyət qoxusudur. Sən sevişdiyin heç kəsə aidlik hiss etməmisən, sən sadəcə dad almaq məqsədli münasibət yaşamısan. O dadı tapa bilməyəndə isə getmisən. Amma səninlə belə anlaşa bilərik. Mən sənə cinsəllik yaşamadan da “O” olub-olmadığını öyrənməyin yollarını öyrədəcəm, sən də bubdediyimiz yolda davam edəcəksən.

Bax, cinsəllik bir tələbatdırsa, əlbəttə qarşılanmalıdır. Amma sənin halında bu tələbat olmaqdan çıxıb. Ona görə bu gedişatda davam etməməyi və fərqi yollar sınamağı məsləhət görürəm. Çünki bəlkə də axtardığın o qoxu onun bədənin yox, mənəviyyatının qoxusudur.

(Hə, son cümləm onu bir az düşünməyə və mənə etibar etməyə yönləndirəcəkdi. Bu isə bizi istədiyimiz yola apara bilər, daha az zərər görəcəyi, daha çox xoşbəxt olacağı bir yola. Çünki heç bir mövzuda doyumsuzluq xoşbəxtlik gətirmir. Əksinə bütün mənfilərin qapısına düşəcək bir açardır tətmin olmama hissi..)

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir