ayaq

Ayaq tərləməsinin qarşını alan TƏBİİ ÜSULLAR

Baxış sayı: 252

Ayaq tərləməsinə adətən yay aylarında rast gəlinsə də, bəzi şəxslərin ayağı qış aylarında da tərləyir. Əslində ayaq tərləməsi çox bəsit görünə bilər, amma bu, bəzi ciddi problemlərin xəbərçisi ola bilər. Artıq çəki, diabet, sinirlilik halı, ürək və ağciyər xəstəlikləri, dərman istifadəsi, hamiləlik, menopauza, hipertiroid kimi narahatlıqlar da ayaq tərləmələrinin ən böyük səbəblərindən ola bilər.

“Gencaile.az” problemdən yaxa qurtarmaq üçün təbii reseptlər verir.

 

Ayaq tərləməsinə sirkə

Hər gün mütəmadi olaraq bir stəkan ilıq suya iki çay qaşığı sirkə töküb içmək ayaqlarınızdakı tərləmə problemini aradan qaldırmağa kömək olacaq.

Buna alternativ olaraq, bir ləyən suya əlavə ediləcək bir neçə qaşıq sirkədə ayaqlarınızı saxlamağınız da ayaq tərləməsi və buna bağlı olaraq yaranan ayaq qoxusunun qarşısını ala bilər.

 

Pomidor suyu

Bir, ya da iki pomidoru əzərək ayaqlarınıza sürtə bilərsiniz. İlıq su ilə yuyub duruladığınızda bir neçə gün ərzində aradakı fərqi görəcəksiniz.

 

Kartof

Əzilib suyu çıxarılan çiy kartof ayaqlara vurulub saxlandıqda eynən pomidor kimi, tərkibindəki enzimlər sayəsində ayaqlarınızdakı tərləməni azaldacaq.

 

 

Qarğıdalı nişastası və soda

İlıq su ilə yuduğunuz ayaqlarınızı qarğıdalı nişastası və soda qarışımı ilə ovub bir saat saxlayın. Sonra duruladığınızda ayaq tərləməsi probleminizin qarşısını almış olacaqsınız.

 

Qara çay

Qara çayın tərkibindəki tannik turşusu dəmlənmiş və süzülmüş çay yarpaqları ilə ayaqlara masaj edildiyində dəriyə keçir və qoxu problemini bir xeyli azaldır.

 

Kakos yağı

Kakos yağının anti-bakterial özəlliyi var. Ayaqlarınızı yatmazdan öncə bu yağla ovduğunuzda tərləmə probleminiz aradan qalxacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir