ayaqlar

Ayaqlarınıza düzgün qulluğun 5 yolu

Baxış sayı: 124

Dabanlarınızı masaj etdirməkdən utanırsınız və ya qonaq getdiyiniz zaman ayaqqabılarınızı çıxartmaqdan çəkinirsənizsə o zaman bizim məsləhətlərə qulaq as. Ayaqlara düzgün qulluğun 5 qaydası saytımızda.

  1. Pis qoxudan canını qurtar.  Sənin ayaqların gün ərzində yarım litrə qədər su ixrac edə bilər. Belə olduğu zaman həmin suyu sizin corablarınız və ayaqqabınız özünə çəkir. Bu zaman həmin hissələrdə bakteriyalar çoxalır. Belə olduğu zaman çox pis iy gəlməyə başlayır. Buna qarşı hərəkətə keçməyin artıq vaxtıdır. Bunun üçün ayaqlarınızı hər gün sabunla və ya skrabla yuyun. Corablarınızı hər gün dəyişin və ayaqqabılar üçün olan dezodorantlardan istifadə edin.
  2. Dırnaqların uzunluğuna diqqət yetir. Dırnaqlarının uzunluğuna mütləq diqqət yetir və onları vaxtında kəs. Adətən altı daha çox yumşaq olan ayaqqabılardan istifadə edin. Sərt altlı ayaqqabılar ayaq sağlamlığı üçün ziyanlıdır.
  3. Dırnaq kənarlarını isti suda təmizlə. Bəzən ayaq barmaqlarının kənarlarının çıxıntıları öz ayaq ölçünüzə uyğun ayaqqabı geyinməyinizə mane törədir. Bunun üçün ayaqlarınıza isti suda vanna edin. Daha sonra yumşalmış dəridən artıq ətləri və dırnaq çıxıntılarını təmizləyin.
  4. Ayaq dırnaqlarınız sarı rəngə yaxındırsa deməli göbələk xəstəliyi var. Ayaq dırnaqlarınıza tez-tez diqqət yetirin. Əgər dırnaqlarınızın üzəri sarı rəngə yaxındırsa deməli ayağınızda göbələk xəstəliyi var. Göbələk xəstəliyinə adətən nəm yerlərdə ayaqyalın gəzdiyiniz zaman yoluxa bilərsiniz. Məsəl üçün hovuza və ya dənizə getdiyiniz zaman. Bu zaman göbələyə qarşı spreylərdən istifadə et. Əgər kömək etməsə mütləq həkimə müraciət et.
  5. Dırnaqlarına qulluq etməyi unutma. Qadınlardan fərqli olaraq biz kişilər maniku və pedikur etdirməyi adət etməmişik. Lakin bəzən buna müraciət etmək lazımdır. Çünki çox zaman dırnaq ətə batır və s. O zaman biz bütün ayaqlarımızı zədələmiş oluruq. Ən azı 40 gündən bir pedikur etdirməyi unutmayın. Bu sağlamlığınıza xeyirlidir. Yox əgər ev şəraitində bunu etdirəcəksənizsə mütləq sonra dərhal ayaqlarınızı yuyun.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir