ayaqqabi

Ayaqqabıların təzə görünməsi üçün nə etməli?

Baxış sayı: 1. 922

Hər kəs ayaqqabılarını uzun illər geyinmək istəyir. Xüsusilə də, brend ayaqqabı alanlar verdikləri pulun batmasını istəmirlər. Hər geyinəndə ayaqqabınızın təptəzə görünməsini istəyirsinizsə, onlara qulluğu əsirgəməməlisiniz.

Bəs, ayaqqabıya necə qulluq etmək lazımdır?

Əslində, bu iş zənn etdiyinizdən də asandır. Sadəcə, aşağıdakı qaydaları yadınızda saxlayın:

*İlk qayda hər gün eyni ayaqqabını geyinməməkdir. Çünki mütəmadi olaraq geyilən ayaqqabının forması pozulur və köhnə görünür. İki ayaqqabı seçin və növbə ilə, bir gündən bir geyinin.

*Mövsüm dəyişikliyi səbəbi ilə uzun müddət geyinməyəcəyiniz ayaqqabıların içərisini kağızla doldurub qutularda saxlayın. Beləliklə, ayaqqabının forması pozulmaz və rütubətə məruz qalmaz.

*İslanmış ayaqqabını sobanın və ya istilik sisteminin yanına qoyaraq qurutmağa çalışmayın. Çünki belə etsəniz, ayaqqabının dərisi çatlaya bilər. Parça və laklı ayaqqabının isə rəngi solar.

*İslanmış dəri ayaqqabıları öncə qəzet kağızına bükün, daha sonra günəşin altına qoyaraq qurumasını gözləyin.

*Ayaqqabını boyayarkən keyfiyyətli boyalardan istifadə edin.

*Dəri ayaqqabını həftədə bir dəfə badam yağı ilə silin.

*Məxmər ayaqqabılar xüsusi qulluq tələb edirlər. Onların üzərinə su keçirməyən sprey sıxaraq mühafizə edin.

*Zamşa ayaqqabıları fırça ilə təmizləyin.

*Laklı ayaqqabıları isə həftədə bir dəfə vazelinlə silin.

*Ayaqqabıdakı ləkələri təmizləmək üçün iki xörək qaşığı sodanı isti suda qarışdırıb həmin su ilə ayaqqabını silin.

*Ayaqqabıdakı ləkələri asetonla da təmizləyə bilərsiniz.

 

Ləman Sultan




1 şərh “Ayaqqabıların təzə görünməsi üçün nə etməli?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir