1_986f0ad271c2513cb62750e037c448f6

Ayaqyolu bələdçisi, it yeməyi dequstatoru, perezervativ sınaqçısı…

Baxış sayı: 1. 706

Əgər öz işinizin axmaq olduğunu hesab edirsinizsə, onda “Gencaile.az”-ın təqdim etdiyi bu yazını mütləq oxuyun. Sonda fikrinizi dəyişəcəyinizdən əminik.

 

İt yeməyi üzrə dequstator

İt yeməyi istehsal edən bir çox şirkətlərdə yeməyin dadına itlərdən öncə insanlar baxır. Bu iş üçün onlar ayda təqribən 40 min dollar pul alırlar.

 

Hidrokolonoterapevt

Yəni bağırsaqları xüsusi tibbi avadanlıqla təmizləyir.

 

Kişi alt paltarı dizayneri

Bu peşənin sahibləri alt paltarının kişinin əynində necə durduğunu öz gözlərilə görməlidir.

 

Ölülər üçün çalan musiqiçi

Bu insanlar öz musiqiləri ilə can verən insanın ağrı və acılarını yüngüllləşdirir.

 

Tampunları sınaqdan keçirən

ABŞ-da bu peşə sahibləri tampunların sanitar qaydalara uyğun hazırlanmasını və iplərin həqiqətən möhkəm olmasını yoxlayırlar.

 

Qoxular üzrə ekspert

Qoltuq iyləmək ştatı bir çox dezodarant istehsal edən şirkətlərdə var. Mütəxxəssislər dezodarantları qol altına vurur və iyin nə qədər vaxta dəyişdiyini təsrübə edirlər.

 

Top toplayan

Bunlar böyük qolf klublarda olur. Top toplayanın işi oyun meydançasından çıxan topları toplamaqdır.

 

Mebel sınaqçısı

Onların işi yeni istehsal olunan mebelin rahat olub-olmadığını təyin etməkdir.

 

İnəklərin pedikürü

Daş, qaya heyvanın dırnağını əzir. Özünü narahat hiss edən heyvan daha az məhsuldar olur. Yaxşı süd istəyən fermer onları nalladır.

 

Camış sperması yığanlar

Bu spermayla fermerlər minlərlə yaxşı cins inəklər və camışlar ala bilirlər.

 

Kanalizasiya bələdçisi

Fransanın küçələrində kanalizasiya “muzey”i var. Hərdən orda kanalizasiya sistemində çalışacaq bələdçilər üçün vakant yerlər olur.

 

Perezervativ sınaqçısı

Perezervativ istehsal edən kompaniya məhsulunun keyfiyyətindən əmin olmaq istəyir. Bunun üçün də yeni istehsal olunan məhsul 1000 adam üzərində 1 il test edilir.

 

Ayaqyolu bələdçisi

Çinin şəhərlərində 4 sentə sizə ən yaxın ayaqyolunu göstərəcək adamlar tapılar. Onların əmək kitabçasında yazılıb: “Dövlət xidmətçisi-ayaqyolu bələdçisi”.

 

Striptiz tədqiqatçısı

Bu işə 2011-ci ildə Amerika Tədqiqatlar İnstitutu vakansiya elan edib. İşçi 60 gün ərzində striptizçiləri izləməli və onlar haqqında qeydlər aparmalıdır. Əmək haqqı ayda 10 min dollardı.

 

İctimai nəqliyyatda adamları tıxaclayan

Yaponiyada pik saatlarda avtobus və qatarlarda basabas olur. Bu zaman xüsusi adamlar insanların köməyinə çatır. Onları arxadan itələyib qapıların bağlanmasına kömək edir

 

Beyin çıxaran

Bu insanlar ölmüş adamların kəllələrindən beyini ehtiyatla çıxarıb zədələmədən restorana göndərirlər.

 

Ördək tərbiyəçisi

Belə insanlara Amerikanın Memfise şəhərində “Peabodi” otelində rast gəlmək olar. Onlar oteldə keçirilən xüsusi tədbirlərdə tərbiyə olunmuş ördəkləri nümayiş etdirirlər.

 

Qurd toplayan

Qurdlar adətən rütubətli yerlərdə olurlar. Onlar qurdların bankasını 18 dollara balıqçılara satırlar.

 

Qusuntu təmizləyən

Bu işə 22 yaşlı Ris Ouen könüllü olaraq başlayıb. O, Torp parkında karusellərdə yellənənlərin qusuntularını təmizləyir. Bu, iş çox adamda ikrah hissi oyatsa da, o, öz işindən razıdı. Bu işə görə o, yaxşı maaş da alır.

 

Büstqalter dizayneri

Bi işdə çalışmaq daha çox kişilərin arzusudur.

 

Muzdlu əlçalan

İlk dəfə 2.5 min il əvvəl hansısa bir dramaturq muzdlu tamaşaçı tutub ki, onu alqışlasın. İndi belə adamlara əlçalanlar deyilir.

 

Yataq isidənlər

Onların işi xüsusi geyimdə yatağa uzanmaq və onu isitməkdi.

 

Dinləyici

Tokio küçələrində yaxalarından “Mən səni dinləyirəm” yazılan adamlara rast gəlmək olar. Cüzi pula bu adamlar sizi dinləyə, üzünüzə gülə bilərlər. Lakin əsla məsləhət verməzlər.

 

Qorxulu filmləri təcrübə edənlər

Yeni çəkilən qorxulu film üçün özəl insanlar tutulur. Onların reaksiyasına görə digər tamaşaçıların  münasibəti təyin edilir.

 

Qulaq təmizləyən

Hindistanlı Məhəmməd Abbas qulaq təmizləyəndir. Bu peşə ona ailəsindən qalıb. Dehli küçələrində o, daim müştərilərini gözləyir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir