Aylara görə hamiləlik məşqləri

Baxış sayı: 1. 388

Hamilə qadınların daşıdığı ağırlığı nəzərə alsaq onların onurğa sistemində necə ağrılar olduğunu təxmin edə bilərik.

Bunun üçün həkimə və idman mütəxəsisinə müraciət edə bilərsiniz.

İdman mütəxəsisiləri hamiləlikdə ediləcək ən etibarlı və təsirli məşqləri hamiləliyin dövrlərinə görə izah ediblər.

Hamiləliyin ilk 3 aylıq dövrü

Hamilələrə yüngül templi yürüyüşlər və onurğa gücləndirəcək stretching (əsnəmə) tərzi kürək məşqləri etdirilir. Əlavə olaraq hamilələrin pilates və yoga kimi məşqlər etməsi də vacibdir.

3-6 aylıq dövr

Şaquli velosiped, yürüyüş, yüngül templi qrup məşqləri, pilates və yoga seansları uyğun görürlər. Bu dövrdə kürək üstü yatar mövqedəki məşqlər, körpəyə təzyiq edə bilər və körpəni oksigensiz qoya bilərəcək məşqlərdən uzaq durmalısınız. Bunun yerinə yan və oturma mövqedəki hərəkətlər ana və körpə üçün ən etibarlı məşqlərdir.
Məsələn, pişik-dəvə kürək məşqləri, quadroped (düz masa mövqesində ikən tərs qol tərs qıç irəli doğru yerdən qaldırmadan uzatma məşqi).

6-9 aylıq dövr

Körpənin meydana gəlməsinin son mərhələləri və ana qarınının ən çox böyüdüyü zamanlardır. Bu dövrdə körpəni qorumaq məqsədi ilə yalnız oturma mövqeyində hərəkətlər etdirilir. Bununla yanaşı yürüyüşlər və pilates seanslarına qatılması doğumun daha asan və rahat keçməsi üçün son dövrlərdə böyük əhəmiyyət daşıyır.

Hamiləlik əsnasında diqqət yetirilməsi lazım olanlar

Hamiləlik qadınların əzələ və skelet sistemində dəyişikliklərin yaşandığı bir dövr olduğu üçün anada bel və kürək ağrıları meydana gələ bilər. Hətta bağ toxuması boşalaraq oynaqlar asan yaralana. Əl və ayaq biləklərində şiş meydana gəlir.
Güclü pelvik döşəmə əzələləri doğum əsnasında ana namizədləri üçün əhəmiyyət daşıyır. Bu nöqtədə müraciət ən doğru və etibarlı məşq isə pilatestir.
Hamiləlikdə Pilates ananın hamiləliyin 12. və 16. həftəsi arasında başlaması və orta həftədə 2 ya da 3 dəfə doğuma qədər davam etməsi lazımdır. Ancaq erkən doğum riski olanlar, vaginal qanaması olanlar hamilələrin həkimlərinin təsdiqindən sonrə məşğul olmaqları məsləhətlidir.

Doğumdan sonra diqqət edilməsi lazım olanlar

Ana yüngül və orta templi məşqlər, pilates və yoga seansları, uzun (30-45dəq.) yürüyüşləri seçim edə bilər. Ancaq əmizdirmə dövrü olduğundan südünün keyfiyyətinin pozulmaması üçün edəcəyi məşq şiddət və sıxlığı aşağı olmalıdır. Bədən istiliyini artıra biləcək məşqlərdən qaçınmalı və öz bədən ağırlığı ilə məşqlərini davam etməlidir. Bu sayədə nizamlı əmizdirmə və məşqlə ana yenilənərək hamiləlikdə aldığı kiloları asanlıqla verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir