bosanma

Azərbaycan ailələri niyə dağılır?

Baxış sayı: 197

“Azərbaycanda boşanmalar zamanı əsas səbəb kimi xasiyyətin uyğun gəlməməsi göstərilir. Çox təəssüf ki, cütlüklər nikaha daxil olarkən öhdəliklərini dərk etmirlər”.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova ölkədə boşanmaların sayının artmasına münasibətində deyir.

bosanma

Komitə rəsmisi bildirir ki, boşanmaların sayının artması təkcə Azərbaycan üçün yox, qlobal problem sayılır. Onun sözlərinə görə, Azərbaycan ailəsi uzunömürlülüyünə görə hər zaman örnək göstərilib. Amma son illər dünyada baş verən qlobal proseslər ölkəmizə də təsirsiz ötüşmür.

BOSANMA

A. Veysəlova bildirir ki, nikaha daxil olan gənclərdə mənəvi məsuliyyət hissi aşağı düşüb: “Ailə qurmağa hazırlaşan gənclər başa düşməlidirlər ki, sevgi hissi ilə yanaşı, qarşılıqlı hörmət etməyi də bacarmalıdırlar. Ailə qurduqdan sonra “mən” yox, “biz” anlayışı olmalıdır. Komitə səlahiyyətlisi deyir ki, boşanmalara səbəb kimi xasiyyət uyğunsuzluğundan sonra ikinci yerdə sonsuzluq, məişət zorakılığı, zərərli vərdişlərə aludəçilik göstərilir. Onun sözlərinə görə, boşanma səbəbləri arasında maddi məsələlər də yer alır. A. Veysəlova Komitənin ailə institutumuzun qorunması, təbliği istiqamətində işlər gördüyünü söyləyir.