valideyn

Azərbaycanda evdar qadınlara pul verilə bilər – TƏKLİF

Baxış sayı: 169

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqpulu məsələsinə münasibət bildirib.

Bunu bu gün keçirilən mətbuat konfransında Hicran Hüseynova deyib ki, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, hələ də bir çox qadınlar işləmir: “Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırmışıq. Yəni, uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir