000eb61477eb31fd8bf8d153912fae6d

Azərbaycanda kibertəhlükəsizlik üzrə Təlim Mərkəzi yaradıldı – ÖLKƏDƏ İLK

Baxış sayı: 243

Azərbaycanda ilk dəfə kibertəhlükəsizlik üzrə peşəkar təlimlərə başlanıb.

“CYBERO” Azərbaycanda bir ilkə imza ataraq Kiber təhlükəsizlik sahəsində individual/qrup və Korporativ təlimlərə başlayıb.

Mərkəzin əsas hədəfi informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ekspertlərin yetişdirilməsi ilə kiber təhlükəsizlik sahəsində işləyən yerli kadr potensialının artırılmasıdır. Mərkəzin təlimçiləri xaricdə müxtəlif istiqamətlər üzrə xüsusi təlimlər keçmiş yerli və ya müvafiq sahələr üzrə əməkdaşlıq etdiyimiz xarici ekspertlərdən ibarətdir.

CYBERO hazırda bir neçə istiqamətdə təlim və xidmətlərinə start vermişdir. CYBERO sahə üzrə bir keyfiyyət standartı yaratmağı, kibertəhlükəsizlik sahəsində bir brendə çevrilməyi, o cümlədən sahə üzrə bir çox yeniliklər edərək ölkədə bu sahənin inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur.

CYBERO-nun hazırkı fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Artan kiber təhlükələr ilə mübarizədə işçi heyətinizin maarifləndirilməsi üçün müəssisələrin fəaliyyət istiqaməti nəzərə alınmaqla hazırlanmış peşəkar korporativ kiber təhlükəsizlik təlimləri;
  • Müəsisənizin informasiya resurslarının auditi, onlara qarşı kiber təhdidlərin analizi və risklərin qiymətləndirilməsi üçün Təhlükəsizlik Auditi xidmətləri;
  • Kiber Təhlükəsizlik, Reverse Engineering, CEH, Web Aplikasiya Təhlükəsizliyi, Desktop/Web Proqramlaşdırma, Sistem İnzibatçısı kimi aylıq təlim proqramlarının tədrisi.

 

Mərkəz Azərbaycanda ilk dəfə təhlükəsizlik ekspertləri üçün Reverse Engineering və  “White Hat Hacker” tədris proqramının Web Tətbiqlərin (application) Təhlükəsizliyi istiqaməti üzrə təlimlərə start verdi. Reverse Engineering təlimində – reverse engineering üçün əsas olan alətlərdən istifadə, debugging, fuzzing zamanı local və remote debugging, fuzzing və debugging proseslərində İDA skriptlərinin hazırlanması, statik/dinamik kod analizi kimi mövzuları öyrənəcək, Web Tətbiqlərin Təhlükəsizliyi təlimində isə OWAPS top-10 boşluqlarının analizi və istismarını real bug bounty “case”ləri üzrə CTF-lər əsasında praktiki təcrübədən keçirəcəksiniz.

 

İT karyera qurmaq istəyənlər üçün təlim proqramlar auditoriya olaraq individual və qrup təlimlərinə, texniki səviyyəyə görə isə başlangıc, mütəxəssis və ekspert olmaqla 3 mərhələyə bölünür.

Korporativ təlimlər isə auditoriyaya görə sıravi kompüter istifadəçiləri, texniki işçilər və idarəçilər üçün nəzərdə tutulmuş 3 fərqli istiqamətdə keçirilir.

CYBERO-nu digər təlim mərkəzlərindən fərqləndirən üstünlüyü – təlimlərin hər bir istiqamətində sizə sadəcə bilik vermək deyil, eləcə də bu biliyin təhlükəsiz tətbiqini öyrətməyini qarşısına məqsəd qoymasıdır.

0-dan EKSPERT səviyyəsinə qədər yüksələcəyiniz İT karyeranızı CYBERO ilə başlayaraq öyrəndiklərinizlə özünüzü sahənin brendinə çevirin!

Əlaqə üçün veb sayt:

 

Əlaqə nömrələri:
(+99412) 480 33 63
(+99470) 680 33 63



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir