meshurlar

Azərbaycanda mədəsini kiçiltmiş məşhurlar – Onlar bunu niyə gizlədir?

Baxış sayı: 139
Mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən qurtulub, formaya düşən, səhhətində də müsbət dəyişikliklər edən tanınmış simalar az deyil. Onların əksəriyyəti belə bir əməliyyat olunduqlarını mətbuatdan gizlətsələr də, bəziləri haqqında informasiyalar üzə çıxıb.
“Gencaile.az” bu məşhurların siyahısını təqdim edir:
•Murad Dadaşov – əməkdar artist Bakıda yox, xarici ölkədə əməliyyat etdirib. Əvvəlcə əməliyyat yox, sadəcə müalicə və pəhrizlə Amerikada arıqlamağa başladığı barədə müsahibələr versə də, o, cəmi 1 dəfə əməliyyat etirafını edib. Özü etiraf etdiyi kimi, həyatında ilk dəfə 3 rəqəmli çəkidən – 130 kq-dan  2 rəqəmli çəkiyə – 95 kq-a düşən Murad Dadaşov arıqlamağa davam edirdi. Lakin son dövrlər nədənsə çəkisində yenidən artım nəzərə çarpır.
•Tünzalə Əliyeva – “Toppuş bacı” kimi tanınan əməkdar artist 1-2 dəfə artıq kilo və piylərin götürülməsi əməliyyatı keçirsə də, mədə kiçiltmə əməliyyatını Türkiyədə keçirib. Lakin bu haqda geniş məlumat vermir. Bir müddət çəkisi, hətta 145 kq-a çatan aktrisa xeyli çəki atıb.
•Nahidə Orucova – əməkdar aktrisa isə səhhəti, mədə problemi və artıq çəkisi ucbatından illərlə çəkdiyi əziyyətləri bir əməliyyatla geridə qoydu və bu haqda açıqlamalar verdi. Əməliyyatdan sonra çox arıqlayan aktrisa özünü çox rahat və xoşbəxt hiss etdiyini bildirir.
•Fidan Qasımova – xalq artisti Bakıda özəl klinikaların birində gizli əməliyyat etdirsə də, xəbər mətbuatda yayıldı. Əməliyyatdan sonra 36 kiloqram arıqlayan sənətkar bu mövzuda danışmağı sevmir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir