xerceng

Azərbaycanda onkoloji xəstələrin sayı artır

Baxış sayı: 317

Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Belə ki, əgər 2017-ci ildə ölkədə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda Azərbaycanda yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var.

Xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir