masin

Azərbaycanda toy karvanı hər kəsin marağına səbəb oldu – VİDEO

Baxış sayı: 1. 237

Bu dəfəki toyda karvan mikroavtobuslardan ibarət olub. Hər kəs öz toyunda karvanın qeyri-adi, yaddaqalan olmasını istəyir və müxtəlif üsullar seçir. Balakən sakini isə toy karvanı mikroavtobuslardan təşkil edib.

“Gencaile.az” “Xəzərxəbər.az”-a istinadən bildirir ki, rayon sakini Mədət Quliyev 4 gün əvvəl toy edib. Özü mikroavtobus sürücüsü olduğu üçün atasının təklifi ilə öz mikroavtobusunu gəlin maşını edib. Bəyin atası deyir ki, bu addımları ilə həm də mühüm bir mesaj vermək istəyiblər. bahalı maşın karvanları ilə şan şöhrət arxasınca qaçanşar, daha çox ailənin xoşbəxtliyini fikirləşməlidirlər. Bəyin dost-tanışları da bu təklifə qoşulub və toy karvanını mikroavtobuslardan təşkil ediblər.

8 mikroavtobusdan ibarət toy karvanı rayon sakinlərinin də böyük marağına səbəb olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir