duyu

Azərbaycan plovunu necə hazırlamalı? – YENİ RUBRİKA

Baxış sayı: 1. 427

Artıq xanım oxucularımızı “görəsən bu gün nə bişirim?” sualı düşündürməyəcək, çünki “Gencaile.az” saytı bu gündən etibarən “Yeməyə nə var?” rubrikasına start verir.  Rubrika çərçivəsində hər həftənin bazar ertəsi oxucularımıza müxtəlif yeməklərin və digər dadlı təamların hazırlanma qaydası təqdim olunacaq. 

Rubrikamızda ilk olaraq 6-8 nəfər üçün nəzərdə tutulmuş Azərbaycan plovunun hazırlanma qaydasını təqdim edirik:

 

Tərkibi:
1 kiloqram uzun düyü,
0,5 kiloqram quzu əti,
şabalıd,
kişmiş,
albuxara
alça turşusunun hərəsindən 100 qram,
bir baş quru soğan,
zövqə görə duz,
sarıkök,
zəfəran,
zirə,
darçın.

Hazırlanması:
Əvvəlcə düyü duz əlavə edilmiş suda bişirilir. Düyünü süzməyə az qalmış qazana kişmiş (bura maş, lobya da əlavə etmək olar) əlavə edilir və düyü ilə birlikdə süzülür.

Qıraqda isə quzu əti iri parçalara döğranılır, yuyulur və yağ dağ edilmiş iri qazana düzülür. Ətə duz və ədviyyatlar vurulur. Ətin üzərinə sürtgəcdən keçirilmiş soğan əlavə edilir. Buraya bişmiş şabalıd, albuxara və alça turşusu da qatılır. Sonda süzülmüş düyü həmin qazana əlavə edilir. Plovu dəmə qoyan zaman düyünün qıraqlarından qazana əridilmiş kərə yağı daxil edilir. Düyünün üzərinə zəfəran və 3-4 zirə vurulur. Sonda qazanın ağzı parça örtüklə bükülmüş qapaqla bağlanılır və dəmə qoyulur.
Ətlərin bişməsi üçün qazanın altı əvvəlcə 5 dəqiqə ərzində gur odda saxlanılır. Sonra isə plov vamdan bir az artıq olan odda 40 dəqiqə müddətində dəmdə qalır.

 

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir