ders

Azərbaycana necə bir təhsil lazımdır?

Baxış sayı: 593

Yaşadığımız pandemiya prosesi ənənəvi təhsilin uğurunu hər yerdə və hər şəraitdə tam sürətlə davam etdirə bilən məktəbləri ön plana çıxarıb. Bəs Azərbaycana hansı konturlar əsasında təhsil müəssisələri lazımdır?

Öyrənmə platformasında tələbələrin sınaq imtahanlarında iştirak edə biləcəyi, sual banklarına daxil ola biləcəyi sistemin olması vacibdir. Bu sistemdə bağçadan tutmuş universitetə qədər hər bir şagirdin təhsil müvəffəqiyyəti qiymətləndirilməli və həm müəllimlər, həm də valideynlər tərəfindən akademik olaraq təqib edilməlidir.

 

Gələcəyi uşaq bağçasından formalaşdırmaq bacarığı

Gələcəyini erkən yaşda yönəltmə qabiliyyətinə sahib olan insanlar həyatda daha çox uğur qazanırlar. İlk illərdən bacarıq yönümlü təhsillə tanış olan uşaqlar öyrəndiklərindən gündəlik həyatda istifadə edə bilirlər. Bu uşaqlar bilməkdən daha çox öyrənməkdən zövq alan bir şəxsiyyət olaraq böyüyürlər və bunu tətbiq edərək, yaşayaraq öyrənirlər.

 

Texnologiyanı dizayn və istehsal etmək bacarığı

Texnologiya indi həyatımızın əvəzolunmaz bir hissəsinə çevrilib. Dizayn və texnologiyaya üstünlük verən məktəblər, şagirdlərinə ibtidai sinifdən etibarən kodlaşdırma dilini öyrədir.Bu məktəblərdə şagirdlər texnologiya dərslərində kodlaşdırma, 3D dizayn və proqramlaşdırmanın əsaslarına yiyələnir. Bu şagirdlər bugünkü texnologiyalardan şüurlu və səmərəli istifadə etməyi öyrənir,həmçinin,texnologiya istehsal etmə bacarıqlarına yiyələnirlər.

 

Xarici dil təhsili ilə beynəlxalq ünsiyyət bacarıqları

İngiliscə təhsilin akademik tədris proqramının beynəlxalq səviyyədə tanınması olan Avropa Dil Çərçivəsi standartları (CEFR) ilə quran məktəblər xarici dillərdə də bir fərq yaradır. Bu tədris proqramını bitirən şagirdlər xarici dildən gündəlik və rəsmi ünsiyyət mühitində həm şifahi, həm də yazılı olaraq istifadə edə bilirlər.Belə şagirdlər bütün dünya ölkələrində ünsiyyət qura bilirlər.Həmçinin, bu gənclərin iş dünyası və akademik səviyyələri də genişlənir.

 

Bütün sahələrdə universal sənət təhsili

Vizual sənət, musiqi, dram və bədən tərbiyəsi kimi kurslar tələbələrin mədəni, bədii və idman səriştələrinin artırılmasında mühüm rol oynayır. Bu kurslarla tələbələr yaradıcılıqlarını, bədii istedadlarını və özlərini ifadə edə bilmək bacarığına yiyələnirlər. Onların mədəni inkişafı milli və ümumbəşəri sənət fəaliyyətlərinin, sənətkarların və əsərlərin tanınması ilə dəstəklənir.

 

Elm və Texnologiya liseylərini bitirən tələbələr

Elm və Texnologiya liseylərində istehlak etmək əvəzinə istehsal etməyi seçəcək, ölkəmizin texnoloji gələcəyini formalaşdıracaq, elm və texnologiya sahələrində yeniliklər gətirəcək tələbələr yetişdirilir.Onlar karyera həyatlarına bir addım irəli başlayırlar. Bu imtiyazlı orta məktəb təhsili ilə tələbələrimiz dünyanın ən prestijli universitetlərindən qəbul və təqaüd alma imkanı əldə edərək xaricdə universitet təhsillərini davam etdirə bilirlər.

 

Azərbaycan yalnız bu idealar üzərində qurulan təhsil müəssisələri sayəsində inkişaf edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir