menzil

Azərbaycanda İLK: sosial evlərin qiyməti azaldıldı və …

Baxış sayı: 848

Azərbaycan Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən qarşıya qoyulan vəzifələrin icrası davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən bildirilir ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-13 saylı binalarında 2019-cu il iyulun 12-si və 14-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilən ümumilikdə 253 mənzildən 243-nün öz vəsaiti hesabına ödəniş üsulu ilə alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 29-u iyulun 14-də “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir.

Güzəştli şərtlərlə əldə edilmiş 243 mənzildən 43-ü 1 otaqlı, 137-si 2 otaqlı, 63-ü isə 3 otaqlıdır.

Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 26 933 manat (endirimdən əvvəl bu məbləğ 29 925 manat olub);

2 otaqlı mənzil üçün 42 887 manat (endirimdən əvvəl bu məbləğ 47 652 manat olub;

3 otaqlı mənzil üçün 58 875 manat (endirimdən əvvəl bu məbləğ 65 417 manat olub) ödəniş edib.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.

Qalan 10 mənzil yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaqdır. Qeyd edək ki, bugünədək Yasamal Yaşayış Kompleksində həyata keçirilən mənzillərin satışlarının nəticəsində ümumilikdə 817 şəxs güzəştli mənzilə sahib olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir