adlar

Azərbaycanda növbəti qəribə adlar: Vaqif Raul Lukas, Əhmədov…

Baxış sayı: 152

Azərbaycanda doğulan körpələrə müasir adlarla müqayisədə ölkənin məşhur şairlərinin daşıdığı adlar daha az verilir.
Son beş ildə doğulan uşaqlardan 480-nə Nizami, 88-nə Füzuli, 74-nə Nəsimi, 47-nə isə Məhsəti adı verilib.
Bu sırada Cavid (1434), Vaqif (1042), Mikayıl (764), Müşfiq (53), Xaqani (218), Almas (16), Şəhriyar (255), Fətəli (25), Şəms (511), Sabir (618), Əhməd (961) və s. adlar da yer alıb.
Bundan başqa, körpələrə qeyd olunan adlardan törəyən müxtəlif adlar da verilib. Belə ki, siyahıda Nizamir, Müşfiqə, Cavidxan, Cavidə, Vaqifcan, Vaqif Raul Lukas, Vaqif Mete, Arazxan, Şəmsi, Şəmsiyyə, Şəmsiyə, Şəmsurə, Sabirə, Əhmədağa, Əhmədli, Əhmədov, Əhmədiyə və s. adlar da var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir