makiyaj

Azərbaycanda qadınlar geyimi və makiyajı necə seçir?

Baxış sayı: 950

Dünyanın hər yerində qadınların çoxunun səhəri belə başlayır: makiyaj, geyim, saç düzümü… və evdən çıxmaq.

Tək fərq odur ki, bir ölkədə xüsusi günlər üçün nəzərdə tutulmuş geyim və makiyaj digərində gündəlik sayılır.

Misal üçün, Qərbdə isə qadınların çoxu gündəlik həyatda daha çox idman geyimlərinə üstünlük verir.

Suriyada qadınların geyimi əsasən mühafizəkar olsa da, onlar hər zaman makiyajda – qara sürmə, çəhrayı-qırmızı dodaq boyası ilə olmağa çalışır.

İndoneziyada isti olduğu üçün qadınlar kosmetikadan az istifadə edirlər.

Sinqapurda isə əsasən təbii tonları seçən qadınların bəziləri çox qısa ətəklər geyinir, başqa bir qismi isə qapalılığa üstünlük verir.

 

Bəs Azərbaycanda vəziyyət necədir?

Makiyaj

 

Səbinə İsmayılova: Geyim seçimini bədən quruluşuma və trendə görə seçirəm.

Geyimdə şıqlığa önəm verirəm, lakin gəzmək və əyləncədə rahatlıq ön planda olur.

Bəyənərək aldığım hər geyimdə özümü gözəl hiss edirəm.

Hazırlaşmaq müddətim ortalama yarım saatdır.

Geyimə nə qədər xərcləndiyimi deyə bilməyəcəyəm. Çünki ailəmlə birgə ildə iki dəfə mövsüm alış-verişinə gedirik. Çox bəyəndiyim bir şey olmadığı müddətcə buradan bir şey almıram.

Kosmetik vasitələrim barmaqla sayılacaq qədərdir, ona görə demək olar ki, çox cüzi məbləğ xərcləyirəm – sadəcə bitəndə alıram. Amma ətirlər mənim üçün önəmlidir və qış və yay ətirlərim var. Onlar bitmədən belə alıram. Makiyajdan çox ətirlərə xərcləyirəm: ətirlərə ildə 800, kosmetikaya isə 100-150 manat.

Makiyaj

Cəmilə Pərviz: Mənim üçün gündəlik geyim rahat bir cins şalvar, rahat kofta və idman ayaqqabısından ibarətdir.

İşdə geyim qaydası olduğu üçün klassik geyimlərdən istifadə etməyə çalışıram.

Gəzmək və əyləncəyə, yerindən asılı olaraq casual (rahat, təsadüfi, gündəlik) və ya gecə üslubunda geyinə bilərəm.

Geyim seçərkən ilk kriteriyam rahatlıqdır. Mən geyimdiyim geyimdə rahat olmalıyam, klassik geyimdə özümü narahat hiss edirəm. Mənə ən yaxın üslüb casual-dır. Hər səhər hazırlaşmağa maksimum 15 dəqiqə sərf edirəm. Ayda kosmetikaya maksimum 20-30, geyimə isə 150-200 manat xərcləyirəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir