abort

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir

Baxış sayı: 1. 448

Azərbaycanda uşağın cinsiyyətini öyrənmək rəsmən qadağan edilir. Bununla bağlı “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi “Milli Məclisin Səhiyyə komitəsinin 2019-cu il üzrə işlər planı”na daxil edilib.

Qanun layihəsi artıq tam hazırdır. Sənəd komitə iclasında müzakirə edildikdən sonra Milli Məclisin 2019-cu il yaz sessiyasının plenar iclaslarının birində müzakirəyə çıxarılacaq.

“Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin 12-ci maddəsində (Sonsuzluğun müalicəsi hüququ)  aşağıdakılar qeyd edilib:

Sonsuzluğun müalicəsi məqsədilə vətəndaşların:

1. Tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququ;

2. Köməkçi reproduktiv texnologiyaların mahiyyəti, səmərəliliyi, onların tətbiqinin optimal müddəti, tibbi və hüquqi nəticələri, mümkün ağırlaşmalar, həmçinin sonsuzluğun müalicəsinin digər üsulları barədə informasiya əldə etmək hüququ vardır.

3, Cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Qanun layihəsində eyni zamanda, cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.

Bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cinslə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir