yeni il

Azərbaycanlı ailələr yeni il süfrəsinə nə qədər pul xərcləyir?

Baxış sayı: 1. 103

Artıq sabah 2019-cu ilin sonuncu gününü yaşayacağıq. Bu isə artıq bayramın astanasında olmağımız anlamına gəlir.  Bayram dedikdə ağıla qohumların bir araya gəldiyi, küsülülərin barışdığı xoş günlər gəlir. Növbənöv təamlar isə Yeni il gecəsinin olmazsa olmazlarındandır.

Bəs hər kəsin günlər öncədən hazırlaşdığı gecəyə nə qədər pul xərclənir? Bayram süfrəsinin neçəyə başa gəldiyini aydınlaşdırmaq üçün araşdırma aparmışıq. Əksər kütlənin kiçik və orta boy məhsullara üstünlük verdiyini nəzərə alaraq bayramda istifadə edilən bir çox məhsulun müxtəlif marketlərdə olan qiymət aralığını sizə təqdim edirik:

Tomat – 2-3 AZN

Acı bibər əzməsi – 5-6 AZN

Uzun düyü – 3.65-8 AZN

Qarğıdalı yağı litrindən asılı olaraq –  3.93-8 AZN (1-2 litr üçün)

Böyük qabda duru yağ – 12-15 AZN

Xörək duzu – 2.55 AZN

Şəkər tozu – 1.60-3 AZN

Toyuq ətindən qıyma – 1.49-2 AZN

Tamlı ciyər 1 kq üçün – 2.99-4 AZN

Mayonez 900 ml – 3.40-4AZN

Yaşıl noxud 680 qr – 1.75-4 AZN

Xiyar turşusu – 1.54-3AZN

Un – 1.40-3 AZN

Qarabaşaq – 1.50-2 AZN

Ketçup – 1.40-2.06

Dondurulmuş kənd toyuğu – 2.99-5 AZN

Nar 1kq – 0.99-2AZN

Portağal – 1.95-3AZN

Alma – 1-3 AZN

Kartof 1 kq – 0.75-1 AZN

Soğan 1 kq – 0.50-1 AZN

Çay – 4.45-5.00 AZN

Zeytun yağı – 19-22 AZN (2 l üçün) 

Toyuq qanadı 1 kq – 4.59-6 AZN

Sosis 1 kq – 4.00-10.00 AZN

Kolbasa 310 qr – 5.00-8.00 AZN

Meyvə suları – 1.00-2.00 AZN

Qoşa toyuq qabda donmuş halda – 3-5 AZN

Xama 175 qr – 1-2 AZN

Dana əti 1 kq – 12.90 AZN

Hindi 1 kq – 7.40 AZN

Qırmızı şərab (Savalan) – növündən asılı olaraq 10-20 AZN

Viski – Chivas Regal. 12 illik – 48 AZN

Şampan şərabı – 12 AZN

Qeyd edək ki, bu qiymətlər müxtəlif super marketlərdən əldə edilən ortaq qiymət aralığıdır. Yarmarkalardan isə müəyyən qida məhsullarını nisbətən ucuz qiymətə əldə etmək mümkündür.

Adam sayından asılı olaraq bir yeməyi hazırlamaq üçün hər bir məhsuldan 2-3 ədəd lazım ola bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 12 nəfərlik bayram süfrəsi açmaq istəsəniz minimum yemək sayına görə (2 xörək, bir növ salat, əlavə süfrə üçün gərək duyulan ehtiyaclar) 150-200 manatlıq alış-veriş etməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir