20227485_1580190325385448_745813675_n

Azərbaycanlı tələbə çex professoru belə təəccübləndirdi

Baxış sayı: 1. 835

Müsahibimiz Çexiyanın Mendel Universitetində təhsil alan azərbaycanlı tələbə Fidan Əliyevadır. 

1996-cı ildə Bakıda anadan olan F.Əliyeva 2013-cü ildə Qərb Universitetinə qəbul olub. Daha sonra xaricdə təhsil proqramı vasitəsilə Çexiyada təhsilini davam etdirməyə başlayıb. Hazırda bu ölkənin Mendel Universitetində təhsil alır.

Hansı ixtisas üzrə təhsil alırsınız?

– İqtisadiyyat menecmenti üzrə.

– Avropada təhsil barədə qərar nədən qaynaqlandı?

– Etiraf edim ki, əvvəldən belə bir planım yox idi. Qərb Universitetinə qəbul olunduqdan sonra Avropa təhsili ilə tanış oldum, xeyli məlumatlar aldım. Universitetimizə xarici müəllimlər sıx-sıx gəldiyindən bu qərarım formalaşdı. Başqa sözlə, Qərb Universiteti məni xaricdə təhsil üçün ruhlandırdı.

– Qərb Universitetində mənimsədiyiniz biliklər sizə nə qədər kömək edir?

– Həqiqətən çox kömək olur. Hansı dərsləri ki, burda bizə keçmişdilər, orada həmin fənləri mənimsəmək çox rahat idi. Bir hadisəni də sizinlə bölüşüm: birinci kursda ilk dəsrlərdən birində professor maliyyə ixtisası ilə bağlı auditoriyaya sual verdi. 50 nəfərlik qrup idi. Heç kim suala cavab verə bilmədi. Mən qalxıb, dəqiq cavab verəndə professor təəccübləndi və mənim hansı ölkədən, hansı universitetdən gəldiyimlə maraqlandı. Deməliyəm ki, ölkəmin və oxuduğum universitetin adını çəkmək mənə böyük bir qürur hissi bəxş etdi. O vaxtdan etibarən qrupun “team lideri”yəm.

Qərb Universitetinə çox minnətdaram. Burada bizə yüksək səviyyədə təhsil verilib, müəllimlərimə, rəhbərliyə təşəkkür edirəm. Eyni zamanda universitet Erasmus Mundus proqramı çərçivəsində mənim xaricdə təhsilimə dəstək verib.

İndi mən həm də Qərb Universiteti ilə Mendel Universitetinin əməkdaşlığı üçün səy göstərirəm. İlkin razılaşmaya görə Mendel Universitetinin professoru Hanas Stojanova Qərb Universietində mühazirələr deyəcək.

– Qarşınızdakı başlıca hədəflər nədən ibarətdir?

– Başlıca hədəfim universiteti bitirməkdir. Daha sonra Almaniyaya gedib, magistraturaya daxil olmaq istəyirəm. Nəhayət, uğurlu karyeraya başlamaq. Daha bir hədəfim isə mütləq Qərb Universitetində təhsilimi sona çatdırmaq və öz doğma universitimizin də diplomunu almaqdır.

Əlbəttə, sonra karyera barədə düşünəcəyəm. Baxmayaraq ki, indidən işləməyə başlamışam.

– Hansı sahə üzrə?

– İnformasiya texnologiyaları.

– Dərslərlə paralel işləmək çətin deyil ki?

– Əlbəttə, bəzən çətin olur. Ancaq İT sahəsi mənim üçün olduqca maraqlıdır, ona görə enerji ilə çalışıram. Ancaq təhsilimi bitirdikdən sonra öz ixtisasım üzrə işləmək niyyətindəyəm.

– Çexlər bizim ölkəni nə qədər tanıyırlar?

– Bizim ölkəni artıq tanımağa başlayıblar. Əsasən Evrovision yarışmasına görə tanıyırlar. Bəzilərinə görə isə Azərbaycan Formula-1 yarışlarına görə tanışdır.

20217269_1580190168718797_878786759_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir