meyit

Azərbaycanda 7 nəfərin qətl səbəbi sizi şoka salacaq – AİLƏ DRAMI

Baxış sayı: 2. 146

Hadisə səhər saatlarında Goranboy rayonunun Safukürd kəndində baş verib. Kənd sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində 7 nəfəri qətlə yetirib. İlkin məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun 2-ci həyat yoldaşıSüdabə Məmmədovanın yas mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib. Arvadını geri qaytara bilməyən Rafiq Hüseynov qayınanasının evinə gələrək ilkin olaraq qayınları Natiq və Namiq Məmmədovları ov tüfəngi ilə vurub. Yan otaqdan səs-küyə gələnləri görən Rafiq Hüseynov otağa F1 əl qumbarası atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, kütləvi qətl nəticəsində bir azyaşlı da dünyasını dəyişib.

Firdovsi Vəliyev, Goranboy rayon Porokurorluğunun böyük müstəntiqi: “Baş vermiş hadisə ilə əlaqədar dərhal hadisə yerinə baxış keçirilib. Meyitlərin daxili müayinəsi aparılıb, hadisə şahidlərinin ilkin izahatı alınıb, foto şəkillər çəkilib. Hadisə yerindən və meyitlərdən iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, qablaşdırılıb və gələcəkdə istintaqa təqdim olunacaq”.

Hadisə yerinə birinci gələn İman Mamedov isə olanları belə xatırlayır: “Tez gəldim gördüm ki, dayım oğlunun biri ora yıxılıb, biri də bura. Bibimlə xalam da yıxılmışdı. Hamısını da öldürüb getmişdi”.

Silahlı insident zamanı xəsarət alan 1 azyaşlıya Goranboy rayon Mərkəzi Xəstəxanasında ambulator yardım edilib. Digər iki yaralı isə xəstəxanada dünyasını dəyişib.

Mehman Əşrəfov
, həkim: “Yaralılarla məşğul olduq. Biri qadın, biri də cavan oğlan idi. Hər ikisini də odlu silah yaralanmışdı. Onlara ilk köməklik göstərdik. Diaqnostik cəhətdən çətinliyimiz olduğu üçün onları Gəncə şəhərinə göndərdik. İki nəfər ağır vəziyyətdə olanlar isə keçindilər, biz də polis orqanlarına təhvil verdik”.

Həkimlər Gəncə şəhər TTYX-ya gətirilən 2 nəfərin isə vəziyyətinin ağır olduğunu bildirirlər.

Bəxtiyar Əliyev
, həkim cərrah: “1989-cu il təvəllüdlü Məmmədova Günel Haqverdi qızının bədəninə çoxsaylı qırma yarası alıb. Yardım göstərilib, yaraları tikilib. İkinci xəstə Məmmədov Natiq Allahyar oğlu da həmin hadisədə odlu silahdan qırma yaraları alıb və yaraları tikilib. Hər ikisinin də vəziyyəti ağırdır”.

Qətli törədən Rafiq Hüseynov Goranboy rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir