Azərbaycanda ən bahalı 10 maşın

Baxış sayı: 2. 242

Azərbaycanın avtomobil bazarında ən bahalı maşın dəyişməz olaraq qalır. Siyahıya Lamborghini hələ də liderlik edir. Bu maşının qiyməti 1,5 milyon dollaradır.

Ölkəmizə gətirilən Ferrarilər 2013 modeldir və hər birinin qiyməti ən az 450 min avrodur. Bəzilərininki isə daha bahadır – 600 min avronu keçir.

Mercedes S 65 AMG markalı avtomobili 411 min dollar ödəməklə əldə etmək mümkündür. Mercedes GL 63 AMG də geri qalmır, nə az, nə çox – 380 min dollara təklif olunur.

Bentley Mulsanne nisbətən daha ucuzdur, 375 min dollarla bu brend markanın sükanı arxasına keçmək olar. Rolls-Royce Phantomu isə 325 min dollardan başlayan qiymətə əldə etmək olar.

Cadillac Escalade və Mercedes S 500 markalı maşınların qiyməti oxşardır – 285 min dollar.

Satışa çıxarılan Mercedes-Maybach S-Class 500 markalı avtomobil sürmək istəyənlər 315.500 dollarından keçməlidir.

Bahalı maşınlar sırasında Land Rover – Range Rover maşınları da yer alır. Bu model 280 min dollardan ucuz deyil.(




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir