korpe

Azərbaycanlı körpələrin dəhşətli ölüm STATİSTİKASI

Baxış sayı: 1. 420

Dövlət Statistika Komitəsi Azərbaycanda 1 yaşa qədər uşaqlarda ölüm səbəblərini açıqlayıb. Komitədən “Modern.az” saytının sorğusuna cavab olaraq bildirilib ki, ötən il ölkədə 1 yaşa qədər 1655 körpə müxtəlif səbəblərdən dünyasını dəyişib.

Onlardan 44 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən, 80 nəfəri sinir sisteminin xəstəliklərindən, 156 nəfəri tənəffüs orqanlarının xəstəliklərindən, 15 nəfəri həzm sisteminin xəstəliklərindən, 1103 nəfəri perinatal dövrdə meydana çıxan hallardan, 116 nəfəri anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 13 nəfəri travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən, 128 nəfəri digər səbəblərdən vəfat edib.

Bir yaşa qədər uşaqlarda ölüm səbəblərinə dair son 5 ilin statistikası belədir:

Əsas səbəblər 2010 2011 2012 2013 2014
Bütün səbəblərdən ölən uşaqların sayı 1843 1903 1884 1862 1655
o  cümlədən :
– bəzi infeksion və parazitar xəstəliklərdən 113 102 98 67 44
– sinir sisteminin xəstəliklərindən 139 106 89 105 80
– tənəffüs orqanlarının xəstəliklərindən 581 388 298 192 156
– həzm sisteminin xəstəliklərindən 42 35 29 22 15
– perinatal dövrdə meydana çıxan hallardan 367 627 937 1142 1103
– anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozgunluqları) 327 297 214 126 116
– travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 37 33 21 20 13
– sair səbəblərdən 237 315 198 188 128



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir