23865

Azərbaycanlı qızın erməniyə ərə getməsi etirazlara səbəb oldu – FOTO+VİDEO

Baxış sayı: 1. 972
Bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb.
Rusiyada yaşayan azərbaycanlı qızın erməniyə ərə getməsi ilə bağlı lentə alınan görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Leyla adlı azərbaycanlı qızın Artyom adlı erməni ilə ailə qurması birmənalı qarşılanmayıb.
Belə ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri qızın bu addımını qınayıblar, onların arasında qızın bu addımını dəstəkləyən də olub.
Onlar bildiriblər ki, milliyyətin fərqi yoxdur, əsas xoşbəxtçilikdir.
Onu da əlavə edək ki, videoda bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb.
Qeyd edək ki, erməni oğlanla azərbaycanlı qız 2012-ci ildə ailə qurublar, lakin görüntülər sosial şəbəkələrdə indi yayılıb və böyük müzakirələrə səbəb olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir