m8T3L0RnbhfQ

Azərbaycanlı yazıçıya Beynəlxalq Yaşıl Yazıçı Pasportu təqdim edilib

Baxış sayı: 1. 451

Yazıçı Varis Yolçuyevə noyabrın 21-də Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Polşa həmsədrliyinə malik olan International Writers´Union (IWU) təsisatının Təmsilçilik Sertifikatı, habelə Beynəlxalq Yaşıl Yazıçı Pasportu təqdim edilib.

Rusiya həmsədrliyi tərəfindən həmsədrliyin rəhbəri, tanınmış yazıçı Aleksandr Qritsenkonun təqdim etdiyi sənədlər yazıçıya «həyata keçirdiyi vacib missiya nəzərə alınmaqla Avropanın dövlət və bələdiyyə idarələri ilə, beynəlxalq təşkilatları ilə maneəsiz əməkdaşlıq etmək, onlardan informasiya almaq, bir çox ölkələrdə muzey, sərgi, idman yarışları və digər kütləvi tədbirlərə ödənişsiz qatılmaq, ictimai nəqliyyatdan istifadədə, kitab nəşri və çapında güzəştlər əldə etmək» imkanı verəcək.

Qeyd edək ki, Varisin  «Yanvarın 13 günü» romanı IWU ilə Moskva hökumətinin birgə təsis etdikləri 2016-cı il Beynəlxalq Moskva Ədəbi Mükafatının 20 nəfərlik qısa siyahısına daxil olub.

Yazıçının «3+1» hekayələr toplusu 2016-cı il Adam Mitskeviç medalına (Polşa), «Avtoqraf» beynəlxalq almanaxına seçilən «İyirmi bir» hekayəsi isə Antuan de Sent-Ekzüperi adına diploma (Fransa) nominant elan olunub.

m8T3L0RnbhfQ La0plKC4jssj




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir