Sevinc Baxisova

Azyaşlıları məktəbə necə adaptasiya etməli? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 180

Kiçik yaşlı məktəblilərin məktəbə adaptasiyasında tez-tez müxtəlif xarakterli çətinliklər müşahidə olunur. Bu prosesdə birinci sinif şagirdləri ilə yanaşı, onların valideynləri də psixoloji gərginlik halları yaşayır. Məsələn, uşaqlar məktəbə daxil olarkən valideynlərindən ayrılmaq istəmir, ağlayır, tapşırrqları yerinə yetirə bilmir və s. Bu tip vəziyyətlərdə valideynlər  digər valideynlər qarşısında gah xəcalət çəkir, uşaqlarını dilə tutur, gah da müəllimədən kömək umur. Hətta çaşqınlıqdan özlərini tamamilə itirirlər və s.

mektebli

Məktəbə dezadaptasiyanın başlıca səbəbi uşaqların məktəbə yetərincə hazırlaşdırılmaması, məktəbli vərdişlərinin olmaması, uzun sürən deprivasiya (gerginliyi ifadə edən termin), şagirdin məktəb və ya sinif psixoloji atmosferinə alışa bilməməsidir.

ders

Əziz valideynlər, uşağınızın məktəbə, sinif  yoldaşlarına alışmasında, adaptasiya olmasında sizin önəminiz böyükdür və şəxsiyyətin formalaşmasında sizin əhəmiyyətli rolunuz oldugunu bilməlisiniz. Baxın əziz valideynlər,  cəmiyyət o qədər yüksək inkişaf edib ki,vaxtilə tətbiq edilən tərbiyə metodları bu gün işimizə yaramır və özünü dogrultmur. Hörmətli valideynlər şagird şəxsiyyətinin yüksək səviyyədə inkişafına yardım etmək istəyirsinizsə, biganəliyinizi kənara qoyub müəllim kollektivi ilə məktəblə əməkdaşlıq etməlisiniz.

 

Sevinc Baxışova, psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir