mekteb

Azyaşlıları məktəb qorxusundan xilas etmək üçün hansı addımlar atılmalıdır?

Baxış sayı: 1. 026

Artıq təxminən iki həftədir ki, məktəblərdə tədris başlayıb. Bir müddət məktəb mühitindən ayrı qalmaq bu prosesin bütün iştirakçılarında adaptasiya problemi yaradır. Böyük şagirdlər və müəllimlər üçün bu hal ciddi olmasa da, məktəbə yeni başlayanlar bir sıra çətinliklər yaşayır. Azyaşlıları məktəb qorxusundan xilas etmək üçün hansı addımlar atılmalıdır?

Image result for kamran əsədov

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bir sıra maraqlı məqamlara toxundu.

Mütəxəssis deyir ki, məktəbəhazırlıq yalnız təhsil deyil, yeni tanışlıqlar və təəssüratlardır. Onun sözlərinə görə, məktəb uşaq üçün yeni mühitdir və bu səbəbdən uşaqlar fiziki, əqli, emosional və psixoloji cəhətdən məktəbə hazır olmalıdırlar: “Yeni mühitə öyrəşmək üçün uşağa vaxt lazımdır, bu proses iki həftədən 6 aya qədər davam edir. Belə hallar üçün ümumi reseptlər yoxdur. Məktəbə uyğunlaşma uzun müddətli və fərdi prosesdir. Bu proses uşağın şəxsi xüsusiyyətlərindən asılıdır. Lakin məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə psixoloji cəhətdən məktəbə hazır olmalıdırlar. Uşaqlar buna hazır olmadıqda onlarda ciddi gərginlik yaranır. İndi sentyabr ayıdır və uşaqlar dərsə başlayıb, amma hələ də məktəb mühitinə uyğunlaşa bilmirlər. Bəzi uşaqlar valideyinsiz sinifdə oturmur, ağlayır, dərsə getmək istəmir. Çox vaxt valideynlər bunu adi bir uşaq nazı kimi qəbul edirlər, amma belə deyil. Məktəbə uyğunlaşmaq uşaq üçün çətin bir prosesdir və bu çətin prosesdə uşağa kömək etməliyik. Valideynlər məktəb həyatına adaptasiya dövründə daim uşaqların yanında olmalıdırlar. Uşaqlar bu dövrdə həssas ola bilərlər. Onlara yanaşarkən bunu nəzərə almaq lazımdır”. Bu dövrü düzgün şəkildə keçirməlidirlər ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Valideyinlərə tövsiyə edirəm ki, heç vaxt uşaqlarını heç kimlə müqayisə etməsinlər. Bu yüksəldilmiş qürura, və ya paxıllığa və özünə qiymətin aşağı düşməsinə gətirib çıxara bilər. Uşaqları yalnız əvvəlki nailiyyətləri ilə müqayisə etmək olar. Məktəb və uşağın təhsil aldığı sinif ilə maraqlanmaq lazımdır. Uşağı sadəcə dinləmək, çox faydalıdır. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsalar, daha yaxşı olar. Uşağa həm sevildiyini, həm də vacib olduğunu hiss etdirmək lazımdır”.

Ekspert mövzu ilə bağlı bir araşdırmanın nəticəsini də qeyd etdi. Onun sözlərinə görə, məktəbəqədər hazırlığa və məktəbəhazırlıq qruplarına gedən uşaqlar birinci sinifə gedəndə onlarda vurğulanan problemlər olmur: “Ona görə də tövsiyə edirəm ki, valideyinlər 4-5 yaşından etibarən övladlarının məktəbə hazılrığı ilə məşğul olsunlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir