paltar

Bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarlar

Baxış sayı: 1. 679

Bəzən öz ölçümüzə uyğun paltar alsaq da, bir dəfə yuyandan sonra ya əynimizə kiçilir, ya da sallanmağa başlayır. Bəs paltar alarkən necə seçim etməliyik? “Gencaile.az” bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarların siyahısını verir.

 

Tişört

Tişörtlərin böyük əksəriyyəti pambıqdan hazırlandığı üçün qurutma əsnasında 20 faiz kiçilirlər. Ona görə bədən ölçünüzdən böyük tişört almalısınız.

 

Köynək

Köynəklərdə kiçilmə tişörtlərə nisbətən daha azdır. Ancaq yenə də haradan kiçiləcəyini təxmin etmək olmur. Yaxa, qol, yoxsa çiyinlər…

 

Yun jaket

Yun jaketlər hər yumada kiçilir. Buna görə də jaket alarkən bir ölçü böyük almaqda fayda var.

 

Corablar

Corabların böyük əksəriyyəti pambıqdır. Buna görə yuma əsnasında kiçilə bilər.

 

Yay paltarları

Yay fəslində uçuşaraq geyilən paltarlar yuyulduqdan sonra ilk günki görünüşünü itirir. Paltarlarınızı əllə yuya, ya da bir ölçü böyüyünü seçə bilərsiniz.

 

Nəyi bədən ölçümdən kiçik almalıyam?

 

Cins şalvar

Cins şalvarlar daim hava keçirirlər. Cins şalvarların çoxu laykralı parçadan hazırlandığı üçün müddət sonra genişlənir.

 

Tayt

Taytlarda 5 faiz belə elastin varsa, parçanı genişləndirər. Buna görə kiçik ölçü alaraq, taytların istifadə müddətini uzada bilərsiniz.

 

Poliester jaket

Gün ərzində əyninizdə olan bu jaketlər genişlənə bilər və pinti bir görünüş ortaya çıxar.

 

Kapron corab

Bir-iki dəfə yuyulduqdan sonra dizlərdə və topuqlarda yığılmalar olacaq. Bu görünüş heç bir qadının xoşuna gəlməz. Buna görə bədən ölçünüzdən bir nömrə kiçik alın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir