vitamin

Bədəndə bu vitamin çatışmasa… – TƏHLÜKƏ

Baxış sayı: 1. 130

Bədənin çox vitaminə ehtiyacı var, ancaq B12 vitamini yaşamağa davam etmək üçün ən vacib olanlardandır. B12 vitamini bədəndə özbaşına ifraz edilmir, ona görə bu vitamini qidalar sayəsində qəbul etmək lazımdır.

Əsas qaynağı heyvan mənşəli qidalar olan B12 vitamini orqanizmdə çatışmayanda qansızlıq, ayaq və qollarda keyimə, müvazinətini itirmək kimi problemlər yaşanır. Bədən ehtiyacı olan qədər B12 vitaminini qəbul etdikdən sonra artığını sidiklə ifraz edir. Beləliklə, B12 vitaminini lazım olduğundan çox miqdarda almaq mümkün olur, ancaq əskikdirsə, qidalanmanıza hər zamankından çox diqqət yetirməlisiniz.

 

B12 vitamini haqqında bilməli olduqlarınızı təqdim edirik.

 

– B12 vitamini çatışmazlığı çox spirtli içki qəbulu və nizamsız qidalanma zamanı ortaya çıxır.

– Mədə problemləri nəticəsində edilməli olan mədə və bağırsaq əməliyyatları da B12 vitamin əskikliyindən qaynaqlanır.

– Əgər B12 vitamin əskikliyi yaşayırsınızsa, həkim nəzarəti altında qidalanma proqramı təyin edilməli və vitamin qəbul edilməlidir.

– Qansızlıq, unutqanlıq, yorğunluq, diqqət problemi, çox arıqlayıb kökəlmək də B12 vitamin əskikliyindən qaynaqlanır.

– Bu problemin qarşısını almaq üçün nizamlı və düzgün qidalanmaq lazımdır. Toyuq, yağlı süd, tam yağlı qatıq, yağsız süd, yağsız qatıq kimi qidalar yeyin.

– B12 vitamin çatışmazlığı anemiya, qan xərçəngi, astma kimi bir çox xəstəliyə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir