geyim

Bədən formanıza görə geyinmək istəyənlər hansı nüanslara diqqət etməlidir?

Baxış sayı: 102

Tərz sahibi olmağın və gözəl geyinməyin başlıca qaydası bədən formanıza görə geyinməkdir. Dəb ya da trendlər nə olursa olsun ilk növbədə bədən formanıza görə geyinin və digər nüansları heçə sayın. Bəs bədən formanızı bilirsiniz? Bədəninizin hansı hissəsini qabartmalı, hansı bölgəsini gizlətməli olduğununuz bəs necə? Demək olar ki, çoxumuz bu bədən formalarından xəbərsiz olduğumuz üçün öz bədənimizi düzgün tanımırıq. Nəticədə isə düzgün geyinmirik. Yazını oxuduqdan sonra ola bilsin ki, qarderobunuzda yeniliklər də etdiniz.

Başlayaq Qum saatı bədən formasından.

Əgər siz incə belə, geniş çiyinlər və çanağa, dolğun sinəyə maliksinizsə sizin bədən formanız Qum saatıdır. Və ideal bədən formasına sahibsiniz. Əgər belədirsə siz qələm ətəklər, yüksəkbel enliayaq şalvarlar, pencəklər, V kəsimli köynəklər və bədən formanızı, xüsusən də belinizin incəliyini vurğulayan geyimlər geyinə bilərsiniz.

Tərs üçbucaqlı bədən formasına sahib xanımlarda isə çiyinlər çanaq sümüklərinə görə xeyli geniş, sinə böyük və dolu, çanaqlar kiçik, ayaqlar əsasən düz və incə, bel xətti isə genişdir. Əsasən idmançıları xatırladır bu bədən formasına sahib olan xanımlar. Belə quruluşa sahib qadınlar, əsasən, bədənlərinin üst və alt hissələrini balanslaşdırmaq üçün üst hissələrinə tünd, alt hissələrinə isə açıq rəngli geyimlərdən kombinlər edə bilərlər. Azca geniş geyimlər bu balansı yaratmaqda sizə kömək olacaq. Aksessuarlardan istifadə edərkən də diqqətli olun. Çiyin və sinə hissəniz diqqət çəkən olduğundan diqqətləri bu hissələrə daha da yönəltməmək üçün göstərişli aksessuarlardan uzaq durun. Və daha çox kəmərlərdən də istifadə etməkdən qaçın. Çünki kəmər bədəninizi iki hissəyə böldüyü üçün diqqətləri üst hissəyə çəkir. Belə bədən formasına sahib olan xanımlar daha çox bir düyməli pencəklərdən, iri klyoş ətəklərdən, skater paltarlardan, V kəsimli toplardan, bel hissədən dar, ayaq hissədən enli olan cinslərə üstünlük versələr düzgün geyinmiş olarlar.

Üçbucaq bədən forması ümumi türk dünyasının xanımlarına xas olan bədən formasıdır. Belə ki, bu tip xanımların aşağı ətrafları geniş, yuxarı ətrafları isə incə olur. Yəni incə bel, dar çiyin, geniş çanaq və kiçik sinəyə malik xanımlar özlərini rahatlıqla üçbucaq bədən formasına aid edə bilərlər. Tərs üçbucaqdan fərqli olaraq bu tip bədən formalı xanımlar alt hissəni incə göstərəcək tünd rənglərə üstünlük verməlidirlər. Qalın parçalı geyimləri bu hissə üçün istifadə etməkdən qaçmalıdırlar. Daha yumşaq parçalı geyimlər məsləhətlidir. Aşağıya doğru getdikcə genişlənən paltarlar, A kəsimli ətəklər, geniş ətəkli şalvarlar, wrap-dress ( bir hissəsi digərinin üstünə gələn paltarlar), naxışlı köynəklər bu tip xanımlar üçün ideal geyimlərdir. Aksessuar seçimində isə diqqəti üst hissəyə çəkmək üçün iddialı boyunbağılara və sırğalara üstünlük verin.

Düzbucaqlı bədən formasına sahib qadınların bel hissələri formalı olmur, əsasən, düz olur. Sinə və çanaq da eyni ölçüdədir ki, bel formalı olmadığından dümdüz görüntü əldə olunur. Bu tip xanımlar ümumilikdə uzun bədən formasına sahib olurlar. Bel formalı olmadığından onun formalı görünüşünü əldə etmək də elə siz xanımların əlindədir. Bunu düzgün kombinlərinizlə edə bilərsiniz. Belə oturan köynək və paltarlara, A kəsimli ətəklərə, iki rəngli paltarlara seçiminizdə üstünlük verin. Mütləq və mütləq kəmərlərdən bol-bol istifadə edin. Bu zaman belinizi önə çıxarmağı bacaracaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir