YASLİ-CAVAN

Bədən yaşınızı hesablayın – TEST

Baxış sayı: 1. 689

Bəzən yaşımız neçə olur-olsun, bədənimizin yaşı fərqli olur.

Ya olduğundan çox, ya az.. Bədənin yaşı sağlamlıq göstəriciləri ilə hesablana bilər. İngilis elm adamları insanın əsil bədən yaşının fiziki sağlamlıq göstəriciləri ilə hesablana biləcəyi qənaətindədir. Yaşlanma mütəxəssisi prof. Robert Wealenin fikrincə, bioloji yaş təqvim yaşından çox ola bilər. “Daily Mirror” qəzetində bu bioloji yaşı hesablama testi dərc olunub.

Beləliklə, aile.lent.az saglamolun.az-a istinadən bioloji yaşınızı hesablama testini təqdim edir.

 

Dərinin elastikliyi testi

Dəri yaşlandıqca kollagen və elastin maddələr azalır və dəri elastikliyini itirir.

Əlinizin üzərindəki dərini çimdikləyirmiş kimi tutub çəkin, bir dəqiqə bu vəziyyətə tutun. Dərini buraxdıqda normal, düz hala gəlməsi nə qədər zaman alır?

1 – 2 saniyə: 30 yaşlarında

3 – 4 saniyə: 40 yaşlarında

5 – 10 saniyə: 50 yaşlarında

11 – 30 saniyə: 60 yaşlarında

31 – 45 saniyə: 70 yaşlarında

45 saniyədən artıq: 80 yaşlarında

 

Reaksiya testi

Reaksiya vermə sürəti yaş artdıqca azalır. Bunu ölçmək üçün yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və bir dostunuzdan əlinizin üzərində 45 sm-lik bir xətkeş tutmasını istəyin. Xətkeşi buraxdıqda onu tutun. Tutduğunuz yer nə qədər sürətli reaksiya verə bildiyinizi göstərir. Xətkeşi tutduğunuz yer:

14 sm-ə qədərdirsə: 20 yaşlarında

15 – 24 sm-ə qədərdirsə: 30 yaşlarında

25 – 29 sm-ə qədərdirsə: 40 yaşlarında

30 – 35 sm-ə qədərdirsə: 50 yaşlarında

40 sm və bundan artıqdırsa: 60 yaşlarında

 

Zehni gümrahlıq testi

100-dən geriyə doğru 0-a qədər 7-7 sayın. Nə qədər vaxtda saya bilirsiniz? 25 saniyədən uzun çəkməsi zehni yaşlanmanın göstəricisidir.

20 saniyədən az: 40 yaşdan aşağısınız

25 saniyə: 40 – 60 yaşlarındasınız

Əmin olmaq üçün bir test də edin. Bir dəqiqə ərzində ağlınıza neçə dənə meyvə və tərəvəz adı gəlir? 60 yaşdan aşağı olanlar ən az 15 dənə tapa bilirlər.

 

Tarazlıq testi

Sağ ayağınızı 45 dərəcə meyilli tutaraq sol ayağnızın üzərində durun, əllərinizi ombanızın üzərinə qoyun və gözlərinizi yumun. Tarazlığınızı itirib sağ ayağınızı yerə qoymadan nə qədər dayana biləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrar edin və bu şəkildə orta hesabla nə qədər dayana bildiyinizi hesablayın.

70 saniyədən artıq: 20 yaşlarında

60 – 69 saniyə: 30 yaşlarında

50 – 59 saniyə: 40 yaşlarında

40 – 49 saniyə: 50 yaşlarında

30 – 39 saniyə: 60 yaşlarında

20 – 29 saniyə: 70 yaşlarında

19 saniyədən az: 80 yaşlarında

 

Göz bəbəyinin ölçüsü testi

Göz bəbəkləri yaşlandıqca kiçilir. Ancaq işığın təsiri də göz bəbəyinin kiçilməsinə səbəb olduğu üçün bu testi normal gün işığında edin.

Göz bəbəyinizin diametri 4 mm-dirsə, biolojk yaşınız 30; 2 mm-dirsə, 60-dır.

 

Buynuz qişası testi

Aynada göz dairənizə (kornea) baxın. Korneanızın ətrafında spiralvari ağ xətt varmı? Ağ xəttin uzun olması xolesterol səviyyənizin də yuxarı olduğunu göstərə bilər.

80 yaşlarına gəldikdə kornea ətrafındakı ağlıq tam bir dairə şəklini alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir